Maraqlı

Nicat qapılarını “Bismillah” deyərək açaq

13 Avqust 2019 23:40
0 Şərh     Baxış: 1 426
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bismilləhir-Rahmənir-Rahim" kəlməsini hər işin əvvəlində demək - dinimizin böyükləri tərəfindən həmişə vurgulanmışdır. Bu gözəl sünnət müsəlmanların hər bir işdə Allahı şahid və nazir tutmaqlarının xüsusiyyətlərindəndir.

Hədislərə görə bu gözəl kəlmə haqqında daha çox məlumata malik olaq.

Peyğəmbəri-Əkrəm (s) buyurur: "O zaman ki, bəndə yatan zaman "Bismilləhir-Rahmənir-Rahim" deyər, Allah mələklərə deyər: "Səhərə qədər nəfəslərinin sayı qədər ona həsənə yazın".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, yenə Peyğəmbəri-Əkrəm (s) buyurur: "Ey bəndə! Dəstəmazın əvvəllində "Bismilləhir-Rahmənir-Rahim" de, bütün üzvlərin günahdan pak olsun".

Peyğəmbəri Əkrəm (s) buyurur: "Hər kim ki, istəyər Allah onu 19 əzab mələklərindən xilas etsin, "Bismilləhir-Rahmənir-Rahim"i qiraət etsin. Çünki bu kəlmə də 19 hərfdən ibarətdir. Allah hər bir hərfi bir (əzab) mələyinin qarşında qalxana çevirər".

İmam Museyi-Kazımdan (ə) soruşurlar: "Allah Kitabının hansı ayəsi üstün və böyükdür?" Buyurur: "Bismilləhir Rahmənir Rahim!".

İmam Cəfər Sadiq (ə) buyurur: "Günahın qapılarını Allaha pənah aparmaqla bağlayın və itaət qapılarını "Bismilləhir-Rahmənir-Rahim" deməklə açın".

Başqa yerdə İmam Sadiq (ə) belə buyurur: "Sizlərdən hər kim dəstəmaz alanda "Bismilləhir-Rahmənir-Rahim" deməzsə, şeytan orda şərik olar. Əgər yemək yeyərkən, su içərkən, paltar geyinərkən və hər bir işdə ki, Allahın adını söyləməlidir, deməzsə, şeytan onlarda da şərik olar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.