Maraqlı

HarmonyOS yoxsa, Hongmeng OS: Huawei-nin yeni əməliyyat sisteminin adı nədir?

13 Avqust 2019 08:55
0 Şərh     Baxış: 556
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Google ilə aralarında keçən böyük Android problemindən sonra Huawei dünən HarmonyOS əməliyyat sistemini təqdim etdi. Şirkət Çinin xaricindəki bazarlarda anlaşmanı asanlaşdırmaq üçün adın seçildiyini və əməliyyat sisteminin adının Hongmeng OS olaraq Çində istifadə olunacağını bildirdilər.

Dünən təqdim edilən yeni əməliyyat sistemi haqqında məlumat vermişdik.

Belə ki, bu günə qədər bütün xəbərlərdə bu adın Hongmeng olacağı bildirilirdi. Lakin, təqdimatda adın bu cür təqdim olunması bəzi çaşqınlıqlara səbəb oldu ki, Huawei buna aydınlıq gətirdi.

Milli.Az chip.az-a istinadən bildirir ki, şirkətin əsas nümayəndələrindən biri olan Yu Chengdong, çin dilində "Dünyanın başlanğıcı" mənasını verən Hongmeng, ingilis dilində "Harmoniya" mənasını verən qarşılığı Harmony ilə əvəz oluduğunu açıqladı.

Chengdong-a görə, şirkət Çindən xaricdə HarmonyOS adını istifadə edərkən, öz ölkələrində əməliyyat sistemini Hongmeng OS olaraq istifadə ediləcək. Aydındır ki, şirkət bunu adın daha anlaşıqlı və daha çox insana çata bilməsi üçün edir.

Qeyd edək ki, Huawei şirkətinin məlumatına görə, HarmonyOS 10 avqust 2019-cu ildə Honor Smart Screen eyni vaxtda bazara buraxılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.