Maraqlı

Apple şirkəti smartfon bazarının top üç liderliyindən çıxdı

13 Avqust 2019 08:15
0 Şərh     Baxış: 642
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qlobal bazar analitikası ilə məşğul olan şirkətlər bütün dünya üzrə smartfon satışlarının rüb üzrə hesabatlarını təqdim ediblər. Mütəxəssislərin qiymətləndirmələrinə əsasən uzun müddətdən sonra ilk dəfə olaraq Appleşirkətinin bu məsələdə göstəricisi bir qədər aşağı düşüb. Bu barədə Phonearena saytına istinadən 4pda saytı xəbər verib. IHS Markit şirkətinin məlumatlarına əsasən bu ilin aprel ayından iyun ayına kimi iPhone modellərinin istehsal göstəriciləri o qədər aşağı düşüb ki, şirkətin rəqibləri onu top üçlükdən kənarlaşdırıblar.

35.3 milyon smartfon satışı göstəricisi ilə Apple təkcə Samsung ilə Huawei şirkətlərindən deyil həm də Oppoşirkətindən də geridə qalıb. 30 milyon smartfon satmış Xiaomi isə Apple şirkətinin ciddi rəqibinə çevrilib. Mütəxəssislər düşünürlər ki, 5G smartfon modellərini satışa çıxartmaq ilə Oppo şirkəti Avropanın mobil operatorlarının maraqlarını cəlb edə bilib. Bu isə keçən ilki rüb göstəricisi ilə müqayisədə satışların 13% yüksəlməsinə səbəb olub.

Mütəxəssislərin məlumatlarına əsasən hal hazırki rüb göstəricisinin yüksəlməsi nailiyyətinə yalnız Samsung ilə Huawei şirkətləri çata biliblər. Lakin Huawei bu rüb bəzi problemlər ilə qarşılaşa bilər. Belə ki, şirkətin ABŞ hökuməti ilə olan münasibətləri hələ də gərgin vəziyyətdədir. Buna baxmayaraq marketinq analitiklərində yekun bir fikir yoxdur. Məsələn CanalysStrategy Analytics və Counterpoint şirkətlərinin hesabatları IHS Markit şirkətinin hesabatından fərqlənir. Onların hesabatlarına əsasən isə Apple şirkəti hələ də smartfon bazarının top üçlüyündə qalır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.