Maraqlı

“Oppo” smartfonları populyarlığına görə “iPhone” modellərini üstələyib

13 Avqust 2019 07:11
0 Şərh     Baxış: 730
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"IHS Markit" analitik şirkəti cari ilin ikinci rübü üçün ən böyük smartfon tədarükçülərinin reytinqini təqdim edib. Siyahıya görə, ABŞ-ın "Apple" texnoloji korporasiyası ilk üçlüyü tərk edərək dördüncü mövqedə qərarlaşıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, 2019-cu ilin ikinci rübünün yekunlarına görə, "Apple" smartfonlarının satışı Çinin "Oppo" şirkətindən geri qalıb. Belə ki, 35,3 milyon "iPhone" satan "Apple" bazarın 11 faizinə sahib çıxıb.

Reytinqin üçüncü pilləsində qərarlaşan "Oppo" şirkəti hesabat dövründə 36,2 milyon smartfon satıb. Şirkətin smartfonlar bazarında payı isə 11 faizə bərabərdir.

Siyahının ikinci mövqeyində ikinci rübdə 58,7 milyon qurğu tədarük etməklə bazarın 18 faizinə nəzarət edən Çinin "Huawei" texnoloji nəhəngi yer alıb. Lakin şirkət ABŞ və Çin arasında "ticarət müharibəsi"ndən ciddi ziyan çəkdiyinə görə növbəti rübdə mövqeyini itirə bilər.

Reytinqdə lider rübün yekunlarına görə, 75,1 milyon smartfon tədarük edən Cənubi Koreyanın "Samsung" elektronika istehsalçısı olaraq qalır. Uğurlu rüblük satışı nəticəsində "Samsung"un dünya smartfonlar bazarında payı 23 faiz təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.