Maraqlı

Alimlər möhkəm və sürətli "robot-tarakan" hazırlayıblar

11 Avqust 2019 07:00
0 Şərh     Baxış: 1 237
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ və Çin alimləri yumşaq materialdan möhkəm və sürətlə hərəkət edən kiçik robot hazırlayıblar. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu miniatür robot tarakanın fiziki xarakteristikaları əsasında düzəldilib.

"Robot-tarakan"ı ABŞ-ın Kaliforniyadakı Berkli, Çinin Sinxua (Pekin) və Pekin Aerokosmik universitetlərinin alimləri birgə hazırlayıblar. Onun uzunluğu cəmi 1,5 santimetr, eni isə 1 santimetrdir. Çox cəld hərəkət edən bu robot saniyədə 30 santimetr məsafə qət edir. Layihənin müəlliflərindən biri Çjan Min bildirib ki, robot kağız səhifəsinə bənzəyir və yükqaldırma, yoxuşa qalxma qabiliyyətinə malikdir. Onun üzərinə 60 kiloqram çəkisi olan insan da çıxa bilər.

Bu yumşaq, eyni zamanda, bərk robotun əvvəlki sələflərindən başlıca fərqi onun hazırlanmasında istifadə olunan material və texnologiyalardır. Alimlər bildirirlər ki, çox yumşaq olan robot cəld hərəkət edə bilmir, çox bərk olduqda isə möhkəmliyini itirir. Bu parametrləri nəzərə alan tədqiqatçılar "qızıl orta"nı tapa biliblər. Belə ki, yumşaq struktura malik olan robot unikal texnologiyaların sayəsində həm möhkəm, həm də sürətli mexaniki tarakana çevrilib.

Layihənin müəllifləri qeyd ediblər ki, bu robotlardan qəza-xilasetmə işlərində, boru kəmərlərinin tikintisində, ətraf mühitin monitorinqində, klinik əməliyyatda istifadə etmək olar. Məsələn, "robot-tarakan" mühəndislərə aviasiya motorlarını sökmədən təmir etməkdə kömək edə bilər. Lakin, onların fikrincə, geniş sahələrdə istifadəsindən əvvəl robotun konstruksiyası daha da təkmilləşdirilməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.