Maraqlı

Ledi Qaqa məhkəməyə verildi - Plagiatda ittiham olunur

10 Avqust 2019 09:28
0 Şərh     Baxış: 880
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ musiqiçisi Stiv Ronsen müğənni və aktrisa Ledi Qaqadan məhkəməyə şikayət edib. 

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "Page Six" nəşri yazıb.

Ronsen ifaçını plagiatda ittiham edib. Onun fikrinə görə, "Ulduz doğuldu" filmində səsləndirilən "Shallow" mahnısının musiqisinin bir hissəsi onun 2012-ci ildə ərsəyə gətirdiyi "Almost" kompozisiyasından oğurlanıb. Musiqiçinin vəkili bildirib ki, müstəqil musiqişünas professor da mahnıların oxşarlığını təsdiqləyib.

Müğənninin nümayəndələri bildiriblər ki, sözügedən hissəyə "Dust In The Wind" mahnısında da rast gəlmək olar. "Ronsen uğurlu insanın vasitəsi ilə asan yolla pul qazanmaq istəyir. Bu, biabırçılıq və səhvdir", - deyə müğənninin vəkili Orin Snayder qeyd edib. 

Qeyd edək ki, "Ulduz doğuldu" filmində səsləndirilən "Shallow" mahnısı Ledi Qaqa və aktyor Bredli Kuper tərəfindən duet şəklində ifa edilib. Daha sonra müğənni "Ən yaxşı orijinal mahnı" nominasiyası üzrə "Oskar" mükafatına layiq görülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.