Maraqlı

Bəndəliyin ən böyük bayramı

10 Avqust 2019 19:40
0 Şərh     Baxış: 729
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xüsusi münasibətlərə görə xüsusi günləri bayram edirik. Müsəlmanların arasında dörd mühüm bayram vardır. Məfzəl ibni Ömər deyir: "İmam Sadiqə (ə) dedim: "Müsəlmanların neçə bayramı vardır?" Həzrət (ə) buyurdu: "Dörd bayramı". Dedim: "Mən Fitr, Qurban və cümə bayramını tanıyıram". Buyurdu: Onların ən böyüyü və şərəflisi - zilhiccənin 18-dir. Bu, o gündür ki, Peyğəmbər (s) İmam Əlinin (ə) əlini qaldırdı və onu öz canişini təyin etdi". Dedim: "Bu gündə bizim vəzifəmiz nədir?" Buyurdu: "Həmin günü Allaha şükür etmək üçün oruc tutmaq lazımdır ki, Allah hər an şükrə layiqdir. Peyğəmbərlər öz Vəsilərinə əmr edərdilər ki, vəsilərini təyin etdikləri günü oruc tutsunlar. Həmin günü bayram etsinlər və hər kim həmin günü oruc tutarsa, 60 ilin əməlindən daha yaxşı bir əməl görmüş olar".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Qurban və Fitr bayramı müsəlmanların ən böyük bayramlarıdır. Bu günü tətil elan edilər və müsəlmanlar bayram keçirtməyə çalışarlar. İmam Əli (ə) bayram haqqında belə buyurur: "Bu bayram - o kəsin bayramıdır ki, Allah orucunu qəbul etmişdir və o gün ki, Allahın göstərişinə itaətsizlik etməz, həmin gün bayramdır!" Ona görə də mömin bu günlərdə xüsusən günah işlətməməli və Məhbubuna yaxınlaşmağa çalışmalıdır.

Elə əməllər görməlidir ki, Həzrət Haqq ondan razı qalsın. Həqiqi bayram bu gündür.

Həzrət Cəfər Sadiq (ə) buyurur: "Həzrət Hüseyn ibni Əlini (ə) qılıncla vuran zaman o, yerə düşdü və sürətlə ona tərəf gəldilər ki, mübarək başını kəssinlər. Bu zaman Həzrət (ə) nida etdi: "Ey Peyğəmbərdən (s) sonra yolunu azmış zalım ümmət! Allah sizə Qurban və Fitr bayramını dərk etməyi müvəffəq etməsin". Sonra İmam (ə) özü buyurdu: "Allaha and olsun ki, müvəffəq olmadılar və olmayacaqlar da. O zamana qədər ki, İmam Hüseynin (ə) qanının intiqam alanı qiyam edəcəkdir".

Həzrət İmam Sadiq (ə) buyurur: "Allah Təalanın yanında ən sevimli yer - Məkkədir. Allah yanında heç bir torpaq bu torpaq qədər sevimli deyildir. Heç bir daş oranın daşı qədər Allah yanında sevimli deyildir. Heç bir dağ oranın dağı qədər Allah yanında sevimli deyildir. Heç bir su oranın suyu qədər sevimli deyildir".

Qurban bayramı da bayramların ən üstünü təyin edilmişdir. Bu bayram - çox fəzilətli bir bayramdır. Bu günün əməlləri içərisində qüsl, namaz və dua vardır. Allahın həccini bu günü yerinə yetirərlər.

Bu gözəl bayramları gərək elə yaşadaq ki, Allahın rizayətini qazanaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.