Maraqlı

Peyğəmbərimiz İmam Hüseynin (ə) zəvvarlarına nə vəd edib?

10 Avqust 2019 21:10
1 Şərh     Baxış: 914
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məsumların (ə) hərəmlərini ziyarət etməyin savabı böyükdür. Bəs biz ziyarət etməyin yolları necədir?

Məsumların (ə) hərəmlərini ziyarət etməyin fəziləti.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, belə bir hədis vardır ki, bir gün Peyğəmbər (s) əyləşmişdi. Həzrət Əli (ə), Həzrət Fatimə (s.ə), Həzrət Həsən (ə) və Həzrət Hüseyn (ə) onun ətrafında əyləşmişdilər. Allahın Rəsulu (s) buyurur: "Qəbirlərinizin dağınıq olmağı sizcə necə olacaq?". İmam Hüseyn (ə) buyurdu: "Biz təbii ölümlə öləcəyik, yoxsa öldürüləcəyik?". Buyurur: "Sən, ey mənim övladım, zülmlə öldürüləcəksən. Qardaşın da zülmlə öldürüləcəkdir. Övladlarınız yer üzərində dağınıq və səpələnmiş halda olacaqdır". İmam Hüseyn (ə) buyurdu: "Ey Allahın Rəsulu! Bizi kim öldürəcəkdir?". Buyurur: "Ən pis insanlar". Ərz edir: "Öldürüləndən sonra bizi kimsə ziyarət edəcəkdirmi?". Peyğəmbər (s) buyurur: "Bəli, oğlum. Mənim ümmətimin bir qrupu sizi ziyarət edərək, mənim yaxşılığımı və ehsanımı istəyərlər. Qiyamət günü olanda bu qrupun yanına gələcəyəm və onların çiynindən tutub, onları çətinliklərdən və qorxudan xilas edərəm".

O Həzrət Əli ibn Əbutalibə (ə) buyurur: "Allaha and olsun ki, öldürüləcəksiniz. İraq torpağında dəfn olunacaqsınız". İmam (ə) buyurur: "Ya Rəsulullah! Bizim qəbirləri ziyarət etməyin mükafatı nədir, hər kim onları abad edərsə, cəzası nədir?". Buyurdu:"Ey Əbəl Həsən! Həqiqətən Allah Təala sənin və övladlarının qəbrini behişt meydanlarında qərar vermişdir və Allah yaradılanlardan və seçilmişlərdən qəlbləri sizə tərəf meylli edər, sizə görə əziyyətə dözərlər. Sonra da qəbirlərinizi abad edərlər. Onların Allaha yaxın olmasına görə, Allahın Rəsuluna (s) və Həzrət Əliyə (ə) dostluğuna görə mənim şəfaətimin xüsusi insanlarıdır və onlar sabahısı gün məni behiştdə ziyarət edəcəklər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.