Maraqlı

Türkiyə zəlzələsini qabaqcadan bilmişdi - Daha hansı ölkələrdə ola bilər? - FOTO

8 Avqust 2019 22:04
0 Şərh     Baxış: 2 328
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zəlzələ proqnozları doğru çıxan məşhur seysmoloq Frank Huqerbitsin hələ aylar əvvəl Türkiyədə zəlzələ olacağını dediyi məlum olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, 2019-cu ildə 6 baldan yuxarı təkanların baş verəcəyi ölkələri açıqlayan alimin təxminləri doğru çıxıb. Belə ki, Huqerbitsin əvvəlcədən xəbər verdiyi kimi, ötən ay Kaliforniyada 6,4 bal gücündə zəlzələ olmuşdu. 7-8 bal arasında yenidən təkanlar olacağını bildirən Frank bu dəfə də yanılmamışdı. Kaliforniya 7,1 balla yenidən silkələnmişdi.

Frank seysmik aktivliyin artdığı bölgələri qeyd edərək Sakit okean zolağında uzun müddətdir şiddətli zəlzələlərin baş vermədiyini və bu səbəbdən bu il aktivliyin arta biləcəyini qeyd etmişdi.

Aralıq dənizi sahillərində 4,5 bal gücündə zəlzələdən sonra isə seysmoloq Türkiyənin Egey dənizi sahilləri, Yunanıstan və İtaliyada risk daşıdığını bildirmişdi.

Huqerbits uzun müddətdir zəlzələnin müşahidə olunmadığı Portuqaliya, İspaniya və Mərakeşdə hər an şiddətli təkanların meydana gələcəyini də proqnozlaşdırıb.

Qeyd edək ki, bu gün Türkiyənin Dənizli şəhərində 6 bal gücündə zəlzələ olub. Təkanlar nəticəsində yollarda və yaşayış evlərində dağıntılar meydana gəlib. Zəlzələ Aydın, Antalya, İzmir, Muğla, Burdur, Uşaq və İsparta şəhərlərində hiss edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.