Maraqlı

Əzələdaxili iynəni özünə necə vurmaq olar?

8 Avqust 2019 20:25
2 Şərh     Baxış: 5 372
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İlk növbədə nəzərinizə çatdıraq ki, bunu yalnız istisna hallarda etmək olar.

Məsələn, siz kənd yerindəsiniz, xəstəxana uzaqdadır, iynə dərhal, vaxt itirmədən vurulmalıdır və s. Bütün digər hallarda tibbi personala müraciət etmək lazımdır.

Beləliklə, insan özünə əzələdaxili iynəni necə vura bilər? Mütəxəssislər bu halda iynəni sağrı (yan) nahiyəsinə vurmağı tövsiyə etmirlər ki, insan özünə iynə vuranda damar və ya sinirə düşə bilər. Saglamolun.az bildirir ki, əzələdaxili iynənin vurulması üçün omba əzələsi istifadə olunur.

Ombanızı vizual olaraq 3 hissəyə bölün. İynə orta hissəyə vurulur.

Daha sonra əllərinizi yuyun, şprisi və ampulanı açın, dərmanı şprisə yığın. Dərini spirtdə isladılmış pambıqla silin.

İynə əzələyə 90 dərəcə altında vurulmalıdır. İynəni axıra qədər deyil, uzunluğunun 2/3 hissəsinə qədər yeridin. Dərmanı asta-asta yeridin, bu halda ağrı az olur.

Sonda şprisi tez çıxardın və iynə vurduğunuz yeri pambıqla sıxın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.