Maraqlı

“Şaban”ın azərbaycanlı gəlini ANA OLDU - Türkiyə mediasında GÜNDƏM oldu - FOTO

7 Avqust 2019 13:45
4 Şərh     Baxış: 10 303
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Güldür Güldür" şounun "Aziz Bey"i Ali Sunal ata olub.

Milli.Az xəbər verir ki, Sunal Türkiyə mediasında sürətlə yayılan xəbəri sosial şəbəkə hesabından təqibçiləri ilə bölüşüb.

Keçən ilin mart ayında azərbaycanlı vəkil Nazlı Qurbanzadə ilə nikah masasına oturan Ali Sunal ata olmağının həyəcanını bu sözlərlə qeyd edib:

"Mən ata oldum, yuxu kimi. Xoş gəldin, canım qızım, gözəl Narinim. Mənim həyatım Nar bəbək!"

Qeyd edək ki, Ali Sunal "Şaban" ləqəbi ilə məşhurlaşan Kemal Sunalın oğludur. Nazlı Qurbanzadə isə azərbaycanlı biznesmen Bülənt Qurbanzadənin qızıdır.

Təhməz Təkin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.