Maraqlı

Allah təkəbbür və qəzəbi necə aşkar etdi?

8 Avqust 2019 22:45
2 Şərh     Baxış: 1 260
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İmam Sadiq (ə) nəql edir: "Səhrada yaşayan bir kişi Peyğəmbərin (s) yanına gəlir və deyir: "Ey Allahın Rəsulu! Mən sərhada yaşayıram və səfərə gedirəm. Mənə bir şey öyrət (ki, dünya və axirət səadətimi təmin etsin)".

Həzrət (s) buyurur: "Qəzəblənmə".

Ərəb bu sözü sadə qəbul edir və Həzrətin (s) yanına qayıdıb, sualını təkrar edir. Peyğəmbər (s) də ona eyni cavabı verir. Kişi özünə gəlir və deyir: "Artıq bir şey soruşmayacağam. Həqiqətən məni nəsihət etdi və məni xəbərdar etdi ki, qəzəblənən zaman töhmət vurmayım və kimisə qətl etməyim"". (Həvzəh)

İmam Sadiq (ə) buyurur: "Qəzəb - hər bir şərin açarıdır. İblis mələklərlə birlikdə idi, (onlarla birlikdə Allaha ibadət edirdi). Onlar da güman edirdilər ki, o da onların cinsindəndir. Ancaq Allah bilirdi ki, onlardan deyildir. Çünki Sübhan Allah mələklərə Adəmə (ə) səcdə etmək üçün əmr vermişdi, İblis boyun qaçırdır və qəzəb edir. Ona görə də Allah da o məlunun varlığında olanları, təkəbbür və qəzəb şəklində xaric və aşkar edir".

Allah Təala bizləri qəzəb və təkəbbürdən uzaq olanlardan qərar versin, inşəallah.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.