"Gartner" analitiklərinin proqnozuna görə, 2019-cu ildə qlobal smartfon satışı 2,5% azalaraq 1,5 milyard səviyyəsində olacaq. Lakin mütəxəssislər hesab edirlər ki, 2020-ci ildə sözügedən bazar müsbət dinamikaya geri qayıdacaq. Beşinci nəsil rabitə texnologiyasını dəstəkləyən smartfonlar və mobil operatorların yeni "5G" xidmətlərini tanıtmaq üçün dünyanın müxtəlif yerlərində keçirəcəkləri promo aksiyalar yüksəlişə səbəb olacaq.
Milli.Az ICTnews-a istinadən bildirir ki, bundan başqa, analitiklər 2020-ci ildə "5G" şəbəkəsini dəstəkləyən ilk "iPhone" smartfonunun satışa çıxarılacağını gözləyirlər ki, bu da "Apple" pərəstişkarlarını öz qurğularını yeniləməyə vadar edəcək və smartfon bazarının artımını stimullaşdıracaq.
Dünyanın inkişaf etmiş bazarlarında kəskin azalma proqnozlaşdırılır: Yaponiyada smartfon satışının həcmi 6,5%, Qərbi Avropada 5,3% və Şimali Amerikada 4,4% azalacaq. "Gartner"in analitikləri yalnız Yaxın Şərq dövlətlərində və bir sıra Afrika ölkələrində artım proqnozlaşdırır.
Aparıcı smartfon istehsalçılarının ilk "5G" modelləri ("LG V50 ThinQ", "Oppo Reno 5G", "Samsung Galaxy S10 5G" və "Xiaomi Mi MIX 3 5G") təqdim etməsinə və mobil operatorların "5G" xidmətləri üçün əlverişli paketlər təklif etməsinə baxmayaraq ekspertlər hesab edirlər ki, 2019-cu ildə yeni standartı dəstəkləyən qurğuların satış həcmi cüzi olacaq. "Gartner"in qiymətləndirməsinə görə, istehsalçılar təxminən 15 milyon "5G" smartfonu satacaq.
"Gartner"in analitiki Annet Zimmerman deyib ki, 2020-ci ilin ikinci yarısından başlayaraq "5G" əhatə dairəsinin genişlənməsi və yeni standartı dəstəkləyən qurğuların çeşidinin çoxalması sayəsində "5G" smartfonlarına tələbat artacaq.
"Gartner"in qiymətləndirməsinə görə, 2020-ci ildə 1,56 milyard smartfon satılacaq.
Milli.Az
Maraqlı
2019-cu ildə smartfonların qlobal satışı 2,5% azalacaq
8 Avqust 2019 07:11
0 Şərh
Baxış: 631
DİGƏR XƏBƏRLƏR
- "Zaur, sənin üzünə vurulandan edirəm" - VİDEO
- “iPhone 16 Pro”dan hər kəsi sevindirəcək 3 xüsusiyyət
- Xanımı ilə kamera qarşısına keçdi - FOTOlar
- Tül pərdələri belə yuyun - Bu sadə üsulu çoxları bilmir
- Sosial medianın uşaqlar üzərindən qazancı dodaq UÇUQLADIR – Milyardlarla...
- “TikTok”un populyarlaşdırdığı yuxu taktikası - Nə dərəcədə effektivdir?
XƏBƏR LENTİ
- 15 il 6 ay həbs cəzası alan şəxs divarı dələrək qaçmağa çalışdı: Türkiyədə şok əməliyyat - FOTO
- İbrahim Tatlısəsin oğlundan atası ilə bağlı müəmmalı açıqlama
- Mişa siyasi mübarizəyə başlayır: Məni sədr seçin
- “Barselona”dan “Bavariya”ya
- Bakıda 22 yaşlı qızı qətlə yetirdilər
- "Zaur, sənin üzünə vurulandan edirəm" - VİDEO
- İsrail Bağdadı vurdu - VİDEO
- Bakıda çörək zavodunda DƏHŞƏT: İş yoldaşını qətlə yetirdi
- Dünyanın ən təmizkar ölkələri məlum OLDU
- Ekvadorda fövqəladə vəziyyət elan edildi
- Mişa siyasi mübarizəyə başlayır: Məni sədr seçin!
- Ukraynanın taleyi bu gün həll oluna bilər
- Duzlu yemək də xərçəng yaradır - Onkoloq
- Macarıstanın Baş naziri Aİ-nin hazırkı rəhbərliyini kəskin tənqid etdi
- Muxtar Babayev: COP29 yoxsul ölkələrə yardımın planlaşdırılması üçün böyük önəm kəsb edir
- İsrail İrana hücumda üç ballistik raketdən istifadə edib
- İlham Əliyev daha bir tarix yazdı – Türk general
- Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb
- Quterreş Azərbaycan və Ermənistana çağırış etdi
- Demensiyalı insanlar üçün təhlükəli olan dərmanlar açıqlanıb
- Çin ordusunda İnformasiya Dəstəyi Qüvvələri yaradılıb
- Xəbərdarlıq edildi! Bakıda bu saatlarda...
- Oyunda maraqlı məqam: 2 sarı vərəqə aldı, meydandan qovulmadı
- “iPhone 16 Pro”dan hər kəsi sevindirəcək 3 xüsusiyyət