Maraqlı

“Apple” şirkəti “Siri” səs köməkçisi vasitəsilə istifadəçiləri dinləməkdən imtina edəcək

6 Avqust 2019 07:11
0 Şərh     Baxış: 3 909
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" şirkəti "Siri" səs köməkçisinin keyfiyyətinə nəzarət edən fəaliyyətini dayandırıb. Bəzi kənar tərtibatçılar həmin proqram vasitəsilə istifadəçilərin sorğularına müdaxilə edə bilirdilər. Bu haqda "TechCrunch" nəşri yazıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, kənar tərtibatçılar bir neçə saniyə davam edən səs sorğularının 1%-ni dinləmək imkanına malik olublar. Bu layihənin əsas məqsədi "Siri" səs köməkçisində danışığın tanınmasının keyfiyyətinin yüksəldilməsi idi, ancaq istifadəçilərə onların mesajının dinlənilə bilməsi xoş deyildi.

Bundan əvvəl "Apple"ın podratçılarından birinə istinadən "Guardian" nəşri yazmışdı ki, "Siri" səs köməkçisi məxfi informasiyanı yaza bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.