Maraqlı

Kosmetoloq qadının qaşlarını bu hala saldı - "Angry birds"ə oxşayıram" - FOTO

30 İyul 2019 13:42
3 Şərh     Baxış: 5 302
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kosmetoloq 37 yaşlı qadının qaşlarını eybəcər formaya salıb.

Milli.Az xarici mətbuata istinadla bildirir ki, dincəlmək üçün İspaniyanın Tenerife adasını seçən uelsli qadın kosmetoloqun səriştəsizliyinin qurbanı olub.

4 min dollar xərcləyərək İngiltərədən tətil üçün İspaniyaya yollanan qadın ailəvi fotolarda daha yaxşı görünmək üçün kosmetoloqa müraciət edib. Lakin kosmetoloq "qaş düzəldən yerdə, vurub gözü də çıxarıb".

"Bilmirəm gülüm ya ağlayım. "Angry birds" oyunundakı quşlara oxşayıram. Qaşlarım bərbad günə qalıb. Ətrafımdakı hər kəs məni ələ salır", - 37 yaşlı Colline Rees söyləyib.

O, sosial şəbəkədə qadınları kosmetoloq seçərkən diqqətli olmağa səsləyib.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.