Maraqlı

İkiarvadlılığın icazə verildiyi qəbilədə hamilələrin dramı - FOTO

28 İyul 2019 16:40
12 Şərh     Baxış: 6 882
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərkəzi Afrikanın ilk sakinlərindən biri olaraq qəbul edilən Piqmey qəbiləsində bir kişinin iki qadınla evlənməsi adət halına alıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, burada kişilər qadınları aralarında güc aləti kimi istifadə edir.

Sözsüz ki, bu da müəyyən fəsadlarla nəticələnir. Elə qəbilə sakini olan Aka adlı qadın kimi...

Belə ki, Aka ikinci qadın olmağı qəbul edərək Ekvambe adlı kişiylə gizli evlənib. Lakin 3 aylıq hamilə olduqdan sonra əri onu tərk edilib və birinci arvadıyla yaşamağa qərar verib. Maraqlıdır ki, Ekvambenin birinci arvadı Yambi də hamilədir.

Çıxılmaz vəziyyətdə qalan Aka bətnində olan uşağını öldürmək qərarına gəlib. Amma burada abortu fərqli üsulla edirlər. Belə ki, uşağından imtina edən qadınlar Nqonqu adlı ağac qabığından hazırlanmış zəhəri içərək dünyaya gələcək övladlarını tələf edirlər.

Qəbilədəki məhkəmə isə Ekvambenin eyni anda iki arvadına baxması ilə bağlı qərar çıxarıb.

"İkiarvadlılıq kişilər üçün də çətindir. Bir arvadla həyat daha sakit, daha hüzurludur. Gecələri yata bilmirəm. İstirahət etmək üçün vaxtım yoxdur", - deyə Ekvambe ağlayaraq qeyd edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.