Maraqlı

"Simpsonlar 2" gəlir - 12 il aradan sonra

24 İyul 2019 09:09
0 Şərh     Baxış: 935
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Simpsonlar" serialının yaradıcısı Matt Qroeninq yeni filmin çəkiləcəyi müjdəsini verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, 12 il aradan sonra yeni ekran işini ərsəyə gətirəcəklərini deyib.

"İkinci bir filmin çəkiləcəyi ilə bağlı şübhə qalmayıb. "Disney" pul qazana biləcəyi bir şeylər istəyir. İlk film bizi çox yordu. Çünki, filmin senarisini serialdakı adamlar yazdı, animasiyaları etdi, səsləndirdi, musiqilərini yaratdı. Bu 2007-ci ildə idi. İndi özümüzə gəlmişik".

Qeyd edək ki, 2007-ci ildə izləyicilərə tədim edilən ilk film 527 milyon dollarlıq gəlir gətirsə də, yaradıcı heyəti olduqca yormuşdu. İkinci filmin nə vaxt çəkiləcəyi ilə bağlı isə hələlik məlumat verilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.