Maraqlı

"Qadınlığımı, biznesimi itirdim"

22 İyul 2019 19:56
0 Şərh     Baxış: 1 212
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

61 aktrisa Şeron Stoun hər dəfə paparassiləri görəndə onlarla mehriban davranmağa çalışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 2001-ci ildə beyin qanaması keçirən və uzun müddət ekranlardan uzaq qalan Hollivud ulduzu "Variety" dərgisinə müsahibə verib.

Stoun başına gələnlərdən, xəstəliyindən danışıb. "Hollivudun ən cazibədar ulduzu idim. Şahzadə Diana ilə mən çox məşhur idik. O, öldü, mən isə insult keçirdim. Hər ikimiz unudulduq. İnsanlar mənimlə qəddarcasına davrandılar. Onlar anlamadılar ki, insult qadın üçün nə qədər təhlükəlidir. Hər şeyimi itirdim. Biznesimi, yerimi itirdim...", - Şeron söyləyib.

O, daha sonra insanlara məsləhət verib:

"Əgər başağrısından əziyyət çəkirsinizsə, həkimə gedin. Buna ötəri yanaşmayın. Çox insan bu hala etinasız yanaşdığı üçün ölür".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.