Maraqlı

Bakirə dövlət başçısının sarayda kişilərlə ağlasığmaz ƏMƏLLƏRİ - FOTO

21 İyul 2019 10:52
5 Şərh     Baxış: 15 868

Onu quldurların himayədarı, pərilər kraliçası və İngiltərənin Janna Darkı adlandırırdılar.

Milli..Az həyatında bir dəfə də olsun ailə qurmayan və bakirə-kraliça titulu ilə fəxr edən kraliça I Yelizaveta Tüdor haqda bəzi məlumatları oxucularına çatdırır.

Kraliça dəfələrlə qeyd edib ki, onun həyat yoldaşı İngiltərənin özüdür! Və övladları isə sadiq təbəələri. Onunla evlənməyə iddialı olanlar İngiltərənin bu və ya digər zaman kəsiyində hansı siyasət xəttini tutduğundan asılı olaraq dəyişirdi.

Alansonlu fransız hersoqla 10 ilə yaxın davam edən nişanı ərzində I Yelizaveta ona gah ümid verir, gah da Fransanın opponentləri ilə siyasi oyunlara qoşularaq, özündən uzaqlaşdırırdı.

Xalq arasında bəziləri bu xanımın sonsuz, bəziləri isə çoxlu məşuqlarının olduğunu söyləyirdi.

Kraliça ilə ailə qurmağa iddialıların çox olduğuna baxmayaraq, zahirən o, eybəcər idi. 29 yaşında ikən çiçək xəstəliyi keçirdiyi səbəbindən başı dazlaşmış Yelizaveta parik taxırdı. Həmçinin, onun istəyi ilə boyun nahiyəsindəki istənilən nöqsanları gizlədən hündür yaxalıqlar dəbə salınmışdı.

Hakimiyyəti dövründə quldurların İngiltərənin rifahı naminə ispan gəmilərini qarət etməsinə rəsmi olaraq icazə verilirdi. Beləcə, dövlət xəzinəsi artır, kraliça isə bunun qarşılığında dəniz quldurlarına müxtəlif cür titullar bəxş edir və keçmişdəki günahları bağışlayırdı.

I Yelizavetanın hakimiyyət dövrü onun ölümündən sonra ideallaşdırıldı. Necə olursa-olsun, İngiltərənin qüdrətli dəniz dövlətinə çevrilərək, Avropanın siyasi arenasında qabaqcıl mövqelərdə olmasının səbəbkarı məhz 45 il hökm etmiş I Yelizaveta olub.

I Yelizavetanın anası Anna Boleynin də taleyi kifayət qədər diqqətçəkən olub. Atası VIII Henrix heç nəyə baxmayaraq Anna Boleynlə ailə qursa da, üç ildən sonra öz əli ilə arvadının başını kəsmişdi.

Zaur Həsənəliyev
Milli.Az

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Zuni · 21 İyul 10:5941

    Filmine baxmiwdim ozu eybecer oldugunnan sevdiyi serkerdesinin xidmetcisiyle sevgili oldugunu oyrenir lakin onlari ayirmir ve ovladlarini oz ovladi kimi qebul edib varis elan edir sonda.Maraqli film idi

    Cavab yaz
  • Anonim
    Dindar · 21 İyul 11:3810

    Bu barede ingilisler 10-larla kino чекibler.

    Cavab yaz
  • Anonim
    asi · 21 İyul 12:10200

    Kraliçanın Ağlasığmaz əməli indi məqalənin harasında qeyd olunmuşdu ki??..Əksinə görünür ağıllı kraliça olub..

    Cavab yaz
  • Anonim
    Oxucu1 · 21 İyul 12:23120

    Meqalede yazilanlar hec vaxt bawlqla duz gelmir.

    Cavab yaz
  • Anonim
    ingiltere · 22 İyul 09:2110

    yaziqpis ne edibki

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.