Maraqlı

“Google Play” mağazasında casus proqramları aşkar edilib

23 İyul 2019 07:11
0 Şərh     Baxış: 923
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Avast" antivirus istehsalçısı "Google Play" mağazasının kataloqunda 7 casus proqramı aşkar edib. Bu proqramların köməyi ilə kolleqa və qohumları izləmək mümkün idi.

Həmin proqramlar aşağıdakılardır: "Track Employees Check Work Phone Online Spy Free", "Spy Kids Tracker", "Phone Cell Tracker", "Mobile Tracking", "Spy Tracker", "SMS Tracker" və "Employee Work Spy".

Milli.Az ICTnews-a istinadən bildirir ki, bu proqram təminatı ümumilikdə 130 min dəfədən çox yüklənilib. Ən çox "Spy Tracker" və "SMS Tracker" proqramları yüklənilib.

Aşkar edilmiş zərərverici proqramlar qurbanın olduğu yeri izləyib, onun kontaktlarını, SMS mesajlarını və zənglərin tarixçəsini toplayıb. Bəzi qurğularda "WhatsApp" və "Viber" mesajlarına müdaxilə etmək mümkün olub.

Bütün casus proqramları "Google Play"dən silinib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.