Maraqlı

Ceff Bezos niyə “Blue Origin”ə böyük pullar ötürür?

21 İyul 2019 21:25
0 Şərh     Baxış: 1 035
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Amazon" şirkətinin təsisçisi və CEO-su Ceff Bezos "Amazon"dan əldə etdiyi gəlirin böyük bir qismini kosmik texnologiyalar üzərində çalışdığı "Blue Origin" şirkətinə ötürür.

Milli.Az facemark.az-a istinadən bildirir ki, dünyanın ən varlı insanı bununla bağlı CBS televiziyasına maraqlı açıqlamalar edib.

O, deyib ki, bu investisiyalar vacibdir: "Düşünürəm ki, bu investisiyalar planet, gələcək nəsillərin dinamikliyi üçün önəmlidir. Bu mənim son dərəcə vacib hesab etdiyim və bütün həyatım boyu düşündüyüm bir şeydir".

Milyarder iş adamı bildirib ki, bəşəriyyətin daha çox yaşamağı üçün kosmik texnologiyaların inkişafı artıq kritik bir mərhələdədir: "Sağlam sivilizasiyaya sahib olmaq istəyiriksə, biz insanlar kosmosa getmək məcburiyyətindəyik. Planetdə insanların sayı artıb və dünya bunun yanında kiçik qalır. Təsirlərini iqlim dəyişikliyi, çirklənmə və ağır sənayedə görürük. Bu planeti məhv etmək mərhələsindəyik. Bu planeti qorumaq məcburiyyətindəyik", - deyib.

Mübahisəli təklif: Fabriklər kosmosa köçürülə bilər

"Gələcəkdə mikroprosessorlar kimi istehsalı çətin olan cihazlar aşağı xərclə istehsal edilə bilər. Beləliklə, dünya üzərində çirklənməyə səbəb olan fabriklər kosmosa köçürülə bilər. Bu isə planeti çirklənmədən qoruyar", - deyə dünyanın ən varlı insanı düşünür.

Realist olan Bezos, bu xəyala bir neçə nəsil və yüzillikdən sonra çata biləcəklərini deyib. Bu hal reallaşarsa onda insanların dünyada, ya da kosmosda yaşamaq kimi seçim şansı olacaq.

O, deyib ki, bu xəyalı reallaşdırmaq üçün "Blue Origin" şirkəti ilk nəqliyyat vasitəsini "New Shepherd"i test etməyə başlayıb: "Ümid edirik ki, yaxın zamanda insanlar qısa müddətdə olsa kosmik səyahətlərə çıxa biləcəklər".

Milyarder deyib ki, uşaqlıq illərində Buzz Aldrin və Neil Armstronqun Aya enişlərindən sehirlənib: "Kosmos mənim üçün ehtirasdır".

Xatırlatmaq yerinə düşər ki, "Bloomberg"in Milyarderlər İndeksinə görə, o 125 milyard dollarlıq pulu ilə dünyanın ən varlı insanıdır. Məşhur biznesmen "Blue Origin" şirkətini 2000-ci ildə qurub. O, "Amazon" şirkətindən hər il təxminən 1 milyard dəyərində səhm satır və bu şirkətə ötürür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.