Maraqlı

Özü işləyir, xanımı ilə oğlu milyonluq yaxtasında dincəlir - FOTO

19 İyul 2019 16:38
3 Şərh     Baxış: 5 110
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Başakşehirspor"un futbolçusu Arda Turanın ötən il aldığı "Grey Stone" adlı yaxtaya ödədiyi pulun miqdarı məlum olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, lüks yaxta futbolçuya 2 milyon 950 min lirəyə (890 min 605 AZN) başa gəlib. 

Yaxtanın içi xüsusi olaraq Arda Turanın istəyi ilə dizayn edilib. 

Demək olar ki, "Grey Stone" daxili dizaynına görə 5 ulduzlu hotellərdən fərqlənmir. 24 metr uzunluğundakı yaxtanın göyərtəsi 6 nəfər üçün nəzərdə tutulub. Biri VIP olmaqla, ümumilikdə 3 kabini var.

Hazırda Ardanın xanımı Aslıhan Doğan ilə oğlu Həmzə yaxtada istirahət edir. Futbolçunun isə həftəsonunu ailəsi ilə Bodrumda yaxtada keçirmək üçün rəhbərlikdən icazə alacağı deyilir.  

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.