Maraqlı

Çində “5G” standartlı ilk səkkiz smartfona keyfiyyət sertifikatı verilib

20 İyul 2019 08:01
0 Şərh     Baxış: 1 155
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən ilk səkkiz smartfon modelinə ölkə bazarına daxil olmağa imkan verən keyfiyyət sertifikatı verilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, dörd model, o cümlədən "Mate 20X 5G" və "Mate X 5G" "Huawei" şirkəti tərəfindən təqdim olunub. Digər istehsalçılar - "Oppo", "Vivo", "ZTE" və "One Plus" hər biri bir model üçün olmaqla keyfiyyət sertifikatı alıb.

"Xiaomi", "Samsung" və "Lenovo" kimi şirkətlər ilk sertifikatlaşdırılan modellər sırasına daxil ola bilməyib. "Xiaomi" məhsulun istifadəyə verilməsi planına uyğun olaraq növbəti həftə Milli Sertifikatlaşdırma Mərkəzinə testin keçirilməsi üçün müraciət etməyə hazırlaşır.

Çində smartfonlar ölkə daxilində satışa icazə üçün üç lisenziyaya malik olmalıdır. Məsələn, milli "5G" şəbəkəsinə qoşulmağa imkan verən "China Compulsory Certification" (dövlət icbari sertifikatı) sertifikatının olması tələb olunur.

Hazırda Çində "5G" smartfon istehsalçıları arasında mübarizə kəskinləşib.

Qeyd edək ki, "5G" mövcud "4G" şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan "4G" şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı "5G" şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.