Maraqlı

Hər beşinci böyük şirkət bu əməliyyat sistemindən istifadə edir

20 İyul 2019 08:51
0 Şərh     Baxış: 1 020
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Windows 7" sisteminin dəstəklənmə müddətinin bitməsinə yarım ildən az qalmasına baxmayaraq, çoxlu sayda şirkət hələ də bu əməliyyat sistemindən istifadəyə davam edir. Müxtəlif ölkələrdə 200-dən çox İT mütəxəssisin rəyini öyrənmiş "Kollective" korporativ proqram təminatı istehsalçısının məlumatları buna sübutdur.

Milli.Az ICTnews-a istinadən bildirir ki, araşdırma nəticəsində məlum olub ki, təxminən hər beşinci böyük şirkət "Windows 7" sistemindən istifadə edir. Hərçənd həmin şirkətlərin bir çoxu yeni sistemə keçid prosesinə başlayıblar, ancaq bu proses bir neçə il uzana bilər.

"Windows 7" sisteminin uzadılmış dəstəklənməsi ödənişli olacaq və 2023-cü ilin yanvarınadək əlçatan olacaq.

Korporativ lisenziyalı "Windows 7 Professional" və "Windows 7 Enterprise" versiyalarından istifadə edən şirkətlər yeni xidmətdən yararlana biləcəklər.

2020-ci ilin yanvarında "Windows 7" əməliyyat sisteminin ödənişsiz dəstəklənməsi bitir və "Microsoft" korporasiyası istifadəçilərə yeni "Windows 10" sisteminə keçid haqqında xatırlatmağa davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.