Maraqlı

Nəvəsinə içki içirtidi - KÖRPƏ ÖLDÜ

19 İyul 2019 22:15
1 Şərh     Baxış: 2 830
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin Pekin şəhərində bədbəxt hadisə yaşanıb. Belə ki, yeni doğulmuş nəvəsinə içki verən baba onun həyatına son qoyub.

Milli.Az medicina.az-a istinadən bildirir ki, qohumlar və dostlar yeni doğulmuş körpənin 1 aylığını qeyd etmək bir süfrə arxasına yığışıb. Uşağın babası badə qaldırıb sağlıq deməyə başlayıb. Həmin vaxt qonaqlardan biri zarafat edərək deyib ki, baba alkoqollu içkini nəvəsiz içə bilməz. Baba nəvəsinə alkoqoldan bir az daddırıb. Bunu görən ana dərhal uşağı qucağına alıb. 

Halı pisləşən balacanın yarım saatdan sonra nəfəsi kəsilib. Uşaq xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib. Həkimlər körpənin ülümünə səbəb sipirtli içkinin oluğunu deyiblər. Bundan başqa bildiriblər ki, körpələrdə alkaqol mərkəzi sinir sisteminə böyüklərə nisbətən daha sürətli  təsir edir. Köpə ana südü ilə qidalandığına görə daha tez müddətdə ölüm baş verib. Həkimlərin sözlərinə görə ümumiyyətlə süd verən ana spirtli içkidən uzaq durmalıdır. Əks halda da uşaqda zəhərlənmə baş verə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.