Maraqlı

Öz-özünü keysəriyyə edib, uşağını xilas edən qadın - Mətbəxdə əməliyyat

19 İyul 2019 22:25
11 Şərh     Baxış: 4 964

Dünyada öz-özünü əməliyyat edən, gülləsini çıxaran, yarasını tikən insanlar, cərrahlar var. Amma bir qadının ağlagəlməz əməli nəinki həkimləri, bütün dünyanı şoka salıb.

Haqqında film çəkilən qadın Meksikanın ucqar Rio de Talea kəndindəndir. O, hamiləliyin son aylarında gecə saatlarında qəfil suyunun açıldığını görür. Həkimə və qonşulara xəbər verməyə imkan tapmayan qadın elə evindəcə doğuma başlayır. 

Milli.Az medicina.az-a istinadən bildirir ki, suyunun qurtardığını, amma uşağın hələ doğulmadığını görən qadın körpənin də, özünü də öləcəyini görüb, mətbəx bıçağı ilə qarnını və uşaqlığını kəsərək körpəni çıxarır. Onu silkələyib nəfəsini açır, göbəyini kəsir, öz yarasına isə çoxlu əski, paltar basıb saxlayır. 

Kənd feldşeri  səhərəyaxın gəlib çıxır, gördüyündən dəhşətə gəlir. Bacardığı qədər qadının qarnını tikir, uşağı və ananı xəstəxanaya çatdırır. Burda həm uşağa, həm anaya tibbi yardım göstərilir. Xoşbəxtlikdən yara infeksiya tutmayıbmış.

Hazırda oğlu Orlando Krus böyüyüb, ana da sağlamdır.

Milli.Az

loading...

Şərh yaz:

11 Şərh:

  • Anonim
    asi · 19 İyul 22:28141

    Kiçik məqaləni oxuya-oxuya təsəvvür edib böyük şok keçirmiş kimi oldum..Doğurdan da film kimi hadisə olub..

    Cavab yaz
    • Anonim
      Legenda · 19 İyul 23:1370

      Oxuduqca halım dəyişdi adi. Necə ürəkli qadınmış.

      Cavab yaz
      • Anonim
        asi · 20 İyul 08:3610

        Elədir..Dünyada elə hadisələr olur ki..

        Cavab yaz
  • Anonim
    Eee · 19 İyul 22:3532

    Oha basga hecne yox

    Cavab yaz
  • Anonim
    An · 19 İyul 22:35100

    İnanan sıldırım qayaya dönsün

    Cavab yaz
    • Anonim
      Cvb · 19 İyul 23:0350

      İnanmayan palciga))

      Cavab yaz
    • Anonim
      Aygün · 20 İyul 01:4200

      Yalan

      Cavab yaz
  • Anonim
    Fağır · 19 İyul 22:4830

    Qadında fərasətə bax!

    Cavab yaz
  • Anonim
    777 · 19 İyul 23:0562

    Nağil, Melikmemmed nağili...

    Cavab yaz
  • Anonim
    Oxucu1 · 20 İyul 00:0520

    Gop ola belesini gormemiwdim.

    Cavab yaz
  • Anonim
    n...... · 20 İyul 18:1400

    tay yaxsi gorey )))))1 aydi keseriyye emeliyati olmusam hele agriyiram bu narkoz falan olmadan)))))

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.