Türkiyənin Diyarbakır vilayətində qorxunc hadisə yaşanıb.
Milli.Az medicina.az-a istinadən bildirir ki, kənd sakini bostanda iki metrlik ilanı görüb daşlamağa başlayıb. Gözdən qaçan yaralı ilan müəyyən müddət sonra kişiyə hücum çəkib.
40 yaşlı kişi sürüngənin hücumundan güc-bəla ilə xilas olub. Hadisəni görən qohumları yaralını xəstəxanaya çatdırıblar.
Onun vəziyyəti yaxşı olmadığından təcili olaraq reanimasiyaya yerləşdirilib. Həkimlərin sözlərinə görə, hazırda vəziyyəti kritik olaraq qalır.
Milli.Az