Bakıda "Fərid Novruzi ilə dünya ətrafında 180 gün" layihəsinin təqdimatı keçirilib.
Norveçdə belə bir atalar sözü var: "Yalnız səyahət edənlər yenilikləri kəşf edir".
Dahi Mark Tven isə, öz növbəsində, iddia edirdi ki, ölüm ayağında yalnız iki şey haqda təəssüflənmək olar: az sevdim və az səyahət etdim...
Dahilərimizi eşidən və dünyanı öyrənməyə daxili ehtiyac duyan hər kəs planetimizin hələ də fəth olunmayan güşələri ilə tanış olmaq üçün səyahətə çıxmaq istəyir.
Amma aramızda elələri varmı ki, gözlənilməz, və çox zaman heç də xoş olmayan anlarla dolu, adrenalinin aşıb daşdığı, ekstremal yalnızlıqla yol yoldaşı olaraq dünya səfərinə çıxa bilsin? Göründüyü kimi, var!
12 iyulda Boulevard Hotel-də paytaxtmızın ictimai həyatında ən parlaq və unikal hadisələrdən biri olan "Fərid Novruzi ilə dünya ətrafında 180 gün" tədbiri keçirildi.
Məhz həmin axşam tamaşaçılar və çoxsaylı media nümayəndələri məşhur ukraynalı blogger və "One Life" ın yaradıcısı Artemiy Surunin azərbaycanlı iş adamı və səyyah Fərid Novruziyə dünya səyahəti estafetini ötürməyinin şahidi oldular.
"Mybrands", "Pasha Bank", "Azercell" və "Triponline.az" isə sponsor qismində azərbaycanlı səyahətçinin yol yoldaşları olacaqlar.
Vizam.az saytının dəstəyi ilə təşkil olunan tədbirin orijinallığı - dünya turunu tamamlayan Artemiyin təcrübəsi ilə bu səyahətə başlayan Fərid Novruzinin suallara səmimi cavablarının kontrastı oldu.
Xəyalları gerçəkləşdirəcək layihənin ən yadda qalan anlarını oxucularımızla paylaşırıq.
Məqsəd
"Dünya səyahəti" anlayışının bir neçə şərti var: çoxları hesab edir ki, səyahətçi Yer oxu ətrafına dolanıb başladığı nöqtəyə qayıtmalıdır. Bəziləri isə düşünür ki, dünya səyahəti ekvatoru iki dəfə dönüb bütün qitələrdən keçmək deməkdir.
Fərid Novruzi səyahəti üçün bütün məlum olan şərtlərin parametrlərinə uyğun gəlir yol xəritəsi seçib:
• Ən azı 40.000 km getmək və bütün meridianları keçmək;
• Hər birində ən azı 1000 km yol qət etmək şərti ilə 6 qitəni səyahət etmək;
• Ekvatoru 2 dəfə keçmək;
• İki ziddiyyətli nöqtəni ziyarət etmək;
• 180 gün ərzində təyyarədən istifadə etmədən qeyd edilənləri həyata keçirmək.
Baqaj
Yol çantasını çox diqqətlə yığmaq lazımdır. Marşrut çox vaxt rahat yollardan keçmədiyi üçün baqajda yalnız ən vacib əşyalar olmalıdır:
• Boş səhifəsi çox olan xarici pasport. Rəsmi olaraq iki pasportla səyahət etmək icazəsi olsa, lap əla olar;
• Lazımi məbləğli 2 kredit kartı;
• Mütləq müəyyən miqdarda nağd pul;
• Foto və video çəkmək üçün avadanlıq və smartfon;
• Dərmanlar.
• Səyahətin yay aylarında keçəcəyi planlaşdırılsa belə mütləq isti paltar götürmək lazımdır.
Təhlükələr
"Qorxunu özünüzlə götürməyib" evdə gizlətməlisiniz. Kim bilir, evə qayıdanda "onu orada tapmaya bilərsiniz".
Bütün bu əziyyətlərə dəyərmi? Ziddiyyətlərlə dolu və uzun zaman tələb edən dünya səyahətinə çıxmazdan əvvəl bu sualı vermək məntiqlidir.
Öz arzusuna qovuşmaq üçün evindən, ailəsidən, dostlarından və sevimli işindən 10 ay uzaq düşən məşhur dünya səyahətçisi Artemiy bu suala belə cavab verdi: "Əlbəttə ki, dəyər! Tapdıqlarım itirdiyim zamandan qat-qat dəyərlidir!".
Artemiy danışdı ki, dünya səyahəti zamamı onu ən çox narahat edən sevdiyi insanla münasibətləri və onu gözləyən qeyri müəyyənlik olub.
Fərid Novruzi isə danışdı ki, onun üçün əsas çətinlik nə keçilməz yol, nə də ki, gözlənilməz hadisələr və nəqliyyatın olmamasıdır.
Qarşıdakı psixoloji yalnızlıq onu hər şeydən çox narahat edir.
Yol yoldaşları
Görəsən dünya səyahətinə kiminlə çıxmaq lazımdır?
Həm Artemiy, həm də Fərid bu suala eyni cavab verdi: "Tək!"
Amma onların arqumentləri müxtəlif oldu. Artemiy söylədi ki, insanlar nə qədər yaxın olsalar da, onların təbiəti çox müxtəlifdir və qısa səyahətlərdən fərqli olaraq gözlənilən anlaşılmamazlıqların qarşısını almaq üçün daha uzun səyahətlərə tək çıxmaq lazımdır.
"Yaxın insanlar və dostlarla dünyanın hər ölkəsində qarşılaşa bilərsiniz. Əslində insanların əksəriyyəti sizinlə fərqli dillərdə danışsalar belə sizə cavab verməyə, yardım etməyə və sizi yerləşdirməyə hazırdılar. Müxtəlif insanları tanımaq və onları öyrənmək şansını əldən qaçırmaq olmaz."
Novruzi bu suala belə cavab verdi: "Mənim səyahətlərim isə daha sürətli tempdə olduğu üçün bu bir qədər fərqli və çətindir. Məsələn, şəlaləyə gəldim, kameraya çəkdim və yeni yerləri fəth etməyə - irəli! Maksimum edə biləcəyim odur ki, eyni yerə onu başqa rakursda görmək üçün gecə qayıda bilərəm. Bir yerdə durub kimisə gözləməyə hövsələm çatmaz."
Artemiy, Fəridin fikri ilə tam razı oldüğunu bildirdi: "Saxaradakı beduinlər deyirlər ki, tonusunuzu itirməmək üçün tonqalın ətrafında çox oturmaq olmaz. Bu zaman bədəniniz boşalır və hərkət etməyiniz çətinləşir. Məhz buna görə hər hansı bir yerin araşdırılması, oranın insanları, şəhərləri və mədəniyyəti ilə tanış olmaq üçün bir - iki gün qalmaq kifayətdir."
Büdcə
Zalda oturan hər kəsi maraqlandıran maliyyə xərcləri ilə əlaqəli məsələyə gəldik.
Ukraynalı dostumuz danışdı ki, uçuşsuz səyahət 20 min ABŞ dollarından başlayır. "Mənim səyahətim 120 min dollara başa qəldi. Bu o demək deyil ki, mən tam komfortlu marşrut seçmişdim. Sadəcə, yüksək texnologiyalı çəkiliş avadanlığını daşımaq üçün nəqliyyatın icarəsi baha başa gəldi. Bir də, həmin vaxtda Sakit okeanı keçmək üçün yeganə gəmi Beynəlxalq turizm layneri olduğuna görə üç qat bahasına oldu. Həm də ki, Antarktidaya səyahət heç də ucuz deyildi. Xərclərin xeyli hissəsi rejissorlardan, operatordan ibarət olan qrupun payına düşdü."
Sonunda qonaqlarımız pul barədə düşünməməyi tövsiyə etdilər. Səyahətçilər söylədilər ki, qarşınıza məqsəd qoysanız yolunuz açılar.
Çətinliklər
Hər səyyah üçün ən çətin ailəsindən uzun müddətli ayrılmasıdır.
Artemiy və Fərid fürsətdən istifadə edib bu çətin yolda onları dəstəkləyən ailə üzvlərinə dərin minnətdarlıqlarını bildirdilər.
Artemiy səyahəti zamanı elə bir anın gəldiyini, onun nə çəkiliş aparmağa, nə də daxilindəki boşluqla mübarizə etməyə gücü qalmadığını bildirdi. Bunun "dərmanını" Taylandda tapdı: idman, yoqa və sadəcə dincəlmək.
Emosional və fiziki fasilə 7 gün çəkdi. Avtobuslarla uzun müddətli səfərlər də ukraynalı səyahətçi üçün böyük çətinliklər yaradıb: Çilidə 36 saat, Hindistanda ekstremal sürücü və qorxunc yollarla 18 saat, 5 maşın silahlı müşayətçi ilə təhlükəli Pakistanda...
Amma ən böyük qorxunu sonda yaşandı - İranda çəkilmiş fotoşəkillərə görə blogger casusluq ittihamı ilə həbs edildi.
İran qanunlarına görə casusluq ömürlük həbs və ya ölüm cəzası ilə cəzalandırılır. Xoşbəxtlikdən ukraynalı diplomatların uğurlu danışıqları nəticəsində Artemiy həbsdən buraxıldı və Bakıya gələ bildi.
Bu və digər əziyyətlərə baxmayaraq səyahətimə son qoyub sakit həyata qayıtmaq haqqında bir anlıq da düşünmədim, deyən məşhur səyahətşi Artemiy Surin belə pozitiv notda maraqlı hekayəsini başa vurdu.
Fərid Novruzi isə səfərin əsas hissələrindən olan viza problemi haqqında, marşrutu işləyib qurmağın və sənədlərlə bağlı bütün məsələləri həll etməyin nə dərəcədə mühüm olmağından danışdı. Xöşbəxtlikdən, bizim səyahətçiyə bu məsələlərin həllində viza şirkəti olan vizam.az köməkçi olacaq.
Ən maraqlısı və təəccüblüsü isə...
"Maraqlıdır ki, ən az insan yaşayan yerlər məni hər şeydən çox təəccübləndirdi. Afrika səhrası Saxarada tam ayı görmək mənə nəsib oldu. Elə bil ki, səhrada çil - çaraq yandırmsıdılar.
Bu hissi başqasına çatdırmaq və ötürmək mümkün deyil, ona görə hər kəsə bunu görməyi arzu edirəm. Səhradakı sakitlik isə ayrı mövzudur. Eşitmə reseptorlarınızın alışmadığı belə total sükutla heç bir başqa yerdə qarşılaşa bilməzsiniz.
Antarktida təmizliyi və insanların olmamsı ilə böyük maraq yaradır". Sakit okeanı başdan - başa keçmək üçün qonağımız 1 ay 5 gün vaxt sərf edib. Ən təəccüblü yerlərdən biri də cəmi 48 nəfər əhalisi və maraqlı adətləri olan Pitkern adası olub. Fərid Novruzi də həmin adanı görmək arzusunda olduğunu söylədi.
Sakit Okeanı keçmək gəmi ilə 1 ay və 5 gündür. Lakin buna dəyərdi, çünki bu marşrutda səyyah bir turistin nadir hallarda ola biləcəyi yerlərdə oldu.
Bakı haqqında
Bütün planeti gəzən və Yer kürəsinin ən möhtəşəm abidələrini görən məşhur səyahətçinin paytaxtımız haqqında fikri hər kəsə maraqlı idi.
"İranda başıma gələn hadisələrdən sonra Azərbaycana gəlişim azadlıq və bir növ cənnətə qovuşmağım kimi oldu. Sizin ölkəniz hər zaman ürəyimdə qalacaq" - , sözləri ilə ukraynalı blogger Bakı haqqında hekayəsinə başladı.
"Hər şeydən çox məni sizin ölkənin təhlükəsizliyi təəccübləndirdi və heyran etdi. Gecənin hansı saatında istəsən rahat gəzmək olur. İnanın ki, bu gün bu, dünyada çox nadir haldır.
Bakını təmizliyinə görə isə yalnız Yeni Zelandiya, Sinqapur və Avstraliya ilə müqayisə etmək olar. Bu, Azərbaycan xalqının dərin mədəniyyətini bir daha vurğulayır.
Yol infrastrukturu, xüsusilə də yolların hamarlığı da məni heyran etdi. İndi başa düşürəm ki, nə üçün Formula 1 Bakını seçib. Bakının çox böyük professionallıqla yaradılmış işıqlandırılması isə heç kimi laqeyd qoya bilməz!"
Artemiy Surin və Fərid Novruzi Day.az -a dünyanın yeddi zirvəsinin fəthi ilə bağlı qələcək birgə səyahətlərinin planlaşdırılmasından danışdılar. Xüsusilə də Everest zirvəsinə qalxmaq arzusu olmaqlarını vurğuladılar. Onlara böyük uğurlar diləyirik.
Fərid Novruzinin səyahətini sosial şəbəkələrdən (@novruzi) izləyə bilərik.
Onun çəkdiyi şəkil və videolardan planetimizin ən gözəl və ən ecazgar yerləri ilə tanış olacağıq.
Səyyahların əsas məqsədlərindən biri, insanların dünyanı və özlərini fəth etmək üçün problemlərdən qorxmayıb dünya səyahətinə ilhamlandırmaqdır. Axı, yalnız səyahət bizi heyran edib, sonra isə gözəl xatirəyə çevrilə bilər....