Maraqlı

Yeni Chevrolet Corvette Stingray adını saxlayacaq

20 İyul 2019 22:01
0 Şərh     Baxış: 852
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bildiyimiz kimi, iki gündən sonra Chevrolet şirkəti səkkizinci nəsil Corvette sportkarını təqdim edəcəkdir. Amerikan istehsalçısı modelin Corvette Stingray adı ilə debüt edəcəyini bildirib. Bu indeksdən 1953-1976-cı illərdə istifadə edilib.

Milli.Az autograph.az-a istinadən bildirir ki, ilk Corvette Stingray 1963-cü ildə debüt edib.  Həmin il Corvette modelinin ikinci nəsli işıq üzü görüb. 13 ildən sonra bu indeks yox olsa da, 2014-cü ildə amerikan istehsalçısı onu bərpa edib. Sportkarın yeddinci nəslindən sonra, səkkizinci nəsil də bu adı daşıyacaqdır. Çox güman ki, arasında hibrid versiyası olan Corvette modelinin daha güclü versiyaları isə, Z06 və ZR1 adlarını qoruyub saxlayacaqdırlar. Bununla belə, Zora adının da peyda olma ehtimalı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.