Maraqlı

Barbi gəlinciyi haqqında film çəkiləcək

17 İyul 2019 16:34
0 Şərh     Baxış: 852
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ledi Berd" filminin Oskar mükafatçısı Qreta Qerviq rejissor Noa Baumbaxla birgə Barbi gəlinciyi üçün çəkiləcək filmə ssenari yazacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Qreta Qerviq, həmçinin filmin rejissoru da ola bilər. Filmdə baş rolu avstraliyalı aktrisa Marqo Robbi canlandıracaq.

Məlumatda bildirilir ki, bu rolu ona dünyada məşhur gəlincik istehsalçısı olan "Mattel" korporasiyası təklif edib. Layihədə şirkətin tərəfdaşı "Warner Bros" kinokompaniyasıdır.

Filmin süjet xəttinə görə baş qəhrəman mükəmməl olmadığı üçün Barbilənddən qovulur. Real həyatla təkbətək qalan Barbi anlayır ki, xoşbəxtliyin açarı mükəmməllikdə deyil.

Xatırladaq ki, ilk Barbi gəlinciyi 1959-cu ildə buraxılıb. Sonradan çeşid artaraq müxtəlif etnik qruplara, irqlərə hətta ixtisaslara mənsub olan gəlinciklər istehsal olunmağa başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.