Maraqlı

Aİ-də ən aşağı ölüm göstəricisi bu ölkədədir

17 İyul 2019 16:24
0 Şərh     Baxış: 896
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqında ən aşağı ölüm səviyyəsi İspaniyadadır (hər 100 min sakinə 829 ölüm faktı).

Milli.Az bildirir ki, AZƏRTAC Avropa İttifaqının Statistika Bürosunun ( "Eurostat") iyulun 16-da açıqlanmış 2016-cı il üçün məlumatına istinadla xəbər verir ki, ən yüksək ölüm göstəricisi Bolqarıstan (1600 adam), Latviya və Rumıniyadadır (hər biri üçün 1476 adam).

Ən aşağı ölüm göstəricisi isə İspaniya ilə bərabər, Fransa (838), İtaliya (843) və Maltada (882) qeydə alınıb.

2016-cı ildə Aİ-də 5,1 milyon insan ölüb ki, bu da ötən ildəkindən 80 min nəfər azdır. Bu ölümlərin üçdəbir hissəsi 75 yaşınadək insanların payına düşüb (1,7 milyon, 33 faiz), ölənlərin 1,5 milyonu 75-85 yaşlarında (29 faiz), 9 milyonu 85 yaşından böyük (38 faiz) olub.

"Eurostat"ın məlumatına görə, 1,8 milyondan çox insanın ölümünə qan dövranı sistemi xəstəlikləri, ürək tutmaları, insultlar səbəb olub. 2016-cı ildə xərçəngdən 1,3 milyondan çox adam ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.