Maraqlı

Bu görüntülər sizi HEYRAN QOYACAQ - İNANILMAZDIR - VİDEO

19 İyul 2019 21:20
1 Şərh     Baxış: 3 075
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Cənubi Kaliforniya ştatının sahillərində möhtəşəm təbiət hadisəsi müşahidə olunub.

Milli.Az xəbər verir ki, qələbəlik delfin sürüsü balıqçı qayıqları ilə birgə hərəkət edib.

Şou göstərən delfin sürüsü insanların diqqətini çəkib. Videonu lentə alan şəxs delfin sürüsünün 25 dəqiqə qayıqlarla birgə hərəkət etdiyini və sahilə qədər gəlib çıxdıqlarını deyib: "Möhtəşəm mənzərə idi. Eyni zamanda, okeanın canlı olduğunu və belə sehrli anları görmək üçün təbiəti qorumağımızın lazım olduğunu xatırladır. Onları saatlarla izləmək mümkündür".

​Qeyd edək ki, sözügedən bölgə dünyanın ən çox delfin yaşadığı yer kimi tanınır. Mütəxəssislər bildirir ki, bu bölgədə 10 minlik delfin sürüsü görmək belə mümkündür. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.