Maraqlı

Keçmiş prezident ABŞ-da həbs olunub

17 İyul 2019 08:12
0 Şərh     Baxış: 1 290
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da polisi Perunun keçmiş prezidenti Alexandro Toledonu saxlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, A. Toledo ekstradisiya qərarı ilə bağlı həbs olunub.

2001-2006-cı illərdə prezident olan Toledo ölkəsinə mümkün ekstradisiyası üzrə proses çərçivəsində ABŞ-ın məhkəmə orqanları qarşısına çıxarılıb.

Qeyd edək ki, Perunun keçmiş rəhbəri korrupsiya ilə bağlı axtarışdadır. Ancaq Peruda irəli sürülən ittihamların mövcudluğu onlara keçmiş prezidenti ABŞ-da saxlamağa səlahiyyət vermir.

Toledo hökumət kontraktlarının verilməsi müqabilində Braziliyanın Odebrecht tikinti firmasından rüşvət almaqda ittiham olunur. Onun özü bu itihamları rədd edir.

Bir neçə il öncə Peru prezidenti Pedro Pablo Kuçinski amerikalı həmkarı Donald Trampla telefon danışığında ölkəsinin sabiq dövlət başçısı Alexandro Toledonun geri qaytarılması ilə bağlı müraciətə baxmasını xahiş edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.