Maraqlı

"2019-cu ildə Avropanın ən yaxşı adaları" açıqlanıb

17 İyul 2019 02:30
0 Şərh     Baxış: 1 824
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın "Travel and leisure" nüfuzlu səyahət jurnalının oxucuları arasında aparılan sorğuya əsasən Yunanıstanın "Milos" adası "2019-cu ildə Avropanın ən yaxşı adaları" nominasiyasında birinci yeri qazanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bundan əlavə, yunan adaları Avropanın 15 ən yaxşı adaları siyahısına da daxil edilib. Belə ki, Krit adası 2-ci, Paros 4-cü, Santorini 5-ci yerləri qazanaraq Yunanıstanı bu nominasiyada birinci edib. Eyni zamanda, bu dörd ada dünyada ən yaxşı adalar siyahısında da (Milos dördüncü, Krit yeddinci, Paros on birinci, Santorini on dördüncü) yer alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.