Maraqlı

İngiltərə Mərkəzi Bankı yeni banknotlar dövriyyəyə buraxacaq

17 İyul 2019 04:30
0 Şərh     Baxış: 997
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Mərkəzi Bankı 50 funtluq yeni banknotlar dövriyyəyə buraxacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yeni əsginasların üzərində məşhur kompüter mühəndisi və riyaziyyatçı Alan Turinq təsvir olunacaq. Turinq İkinci Dünya müharibəsi zamanı nasistlərin kodlarını pozmaqda mühüm rol oynayıb.

Qərarı elan edən İngiltərə Mərkəzi Bankının rəhbəri Mark Karni deyib ki, Alan Turinq bugünkü həyata son dərəcə yüksək təsir göstərən fövqəladə bir riyaziyyatçı olub.

Banknotun 2021-ci ildən dövriyyəyə daxil olması gözlənilir.

Qeyd edək ki, yeni 50 funtluq banknot İngiltərənin kağız puldan nağdsız ödənişlərə keçidinin son mərhələsi olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.