Maraqlı

“Xiaomi” şirkəti Avropada yeni elmi tədqiqat mərkəzi açır

18 İyul 2019 07:41
0 Şərh     Baxış: 1 202
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin "Xiaomi" şirkəti Avropa ərazisində yeni elmi tədqiqat və təcrübi-konstruktor mərkəzi yaradacaq.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, Finlandiyada yerləşəcək strukturun fəaliyyətinin təmini üçün "Xiaomi Finland Oy" adlı yeni şirkət rəsmən qeydiyyatdan keçib.
 
Bildirilir ki, mərkəz mütəxəssisləri səyləri mobil qurğu kameraları üçün yeni texnologiyaların hazırlanmasına yönəldəcək. Perspektivdə bu həllər "Xiaomi" aparatlarında, eləcə də "Redmi" brendli qurğularda tətbiq ediləcək.
 
Bundan başqa, proqram təminatı, İT sistemləri və telekommunikasiya avadanlıqları kimi, bir sıra perspektivli istiqamətlər üzrə tədqiqatlar aparılacaq.
 
"Xiaomi Finland Oy" şirkətinin idarəedici direktoru vəzifəsinə "Xiaomi Finland" bölməsinin icraçı direktoru Devid Artur Feliks təyin edilib.
 
Qeyd edək ki, "Xiaomi" şirkəti dünyanın ən böyük smartfon tədarükçülərindəndir. Şirkətin məlumatına görə, cari ilin birinci rübündə 27,9 milyon "Xiaomi" smartfonu tədarük edilib.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.