Maraqlı

“Google” istifadəçilərin səsli komandalarına qulaq asıldığını etiraf edib

18 İyul 2019 08:01
0 Şərh     Baxış: 549
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Google" korporasiyasının mütəxəssisləri istifadəçilər tərəfindən mobil qurğularda səsli köməkçiyə verilən komandaları dinləyirlər. Bu, "Google Assistant" kimi oxşar xidmətlərin konkret dilin aksent və nüanslarını daha yaxşı ayıra bilməsi üçün lazımdır.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "Google"un rəsmi bəyanatında deyilir ki, bu məqsədlə dil ekspertləri cəlb edilir. Ancaq bu yaxınlarda belə mütəxəssislərdən biri tərəfindən buraxılmış səhv nəticəsində holland dilində məxfi səsli məlumatların itkisi baş verib.
 
"Bu məsələ ilə bağlı araşdırma aparılır və müvafiq tədbirlər görüləcək" -  korporasiyadan bildirilib.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.