İyulun 15-də Havay adalarında 30 metrlik teleskopun (Thirty Meter Telescope, TMT) tikintisinə başlanılacaq. Bu barədə yerli administrasiyanın məlumatında deyilir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, "TMT" 30 metrlik güzgü seqmentinə malik iri astronomik rəsədxana layihəsidir. Layihə böyük səs-küyə səbəb olub. Məsələ ondadır ki, kompleks Havay mifologiyasında müqəddəs hesab edilən Havay adasının Mauna-Kea dağında tikilməlidir. Tikintinin əleyhdarlarının sözlərinə görə, rəsədxananın yaradılması müqəddəs dağı təhqir edəcək.
"ТМТ" teleskopunun inşası əvvəlcə 2011-ci ildə təsdiq edilib, ilk işlərə isə 2014-cü ilin oktyabrında başlanılıb. Lakin 2015-ci ilin yazında layihə əleyhdarları onun icrasının dayandırılmasına nail olublar. Bu dəfə isə rəsədxananın faktiki yaradılmasının bir neçə günə bərpa ediləcəyi bildirilir.
Məlumata görə, teleskopun güzgüsü ümumi sahəsi 655 kvadratmetr təşkil etməklə hər biri 1,4 metr olan 492 altıbucaqlı seqmentdən ibarət olacaq. İlk elmi müşahidələrə növbəti onilliyin ikinci yarısında başlamaq planlaşdırılır. Rəsədxananın planlaşdırılan istismar müddəti 50 il təşkil edir.
Perspektivdə 30 metrlik teleskop kainatın müxtəlif obyekt və strukturları haqqında vacib məlumatlar toplamağa imkan verəcək. "Hubble Space Telescope" teleskopu ilə müqayisədə yeni rəsədxana vasitəsilə əldə ediləcək təsvirlər təxminən 10-12 dəfə dəqiq olacaq.
Milli.Az
Maraqlı
Nəhəng teleskopun inşasına başlanılır
18 İyul 2019 08:21
0 Şərh
Baxış: 1 003
DİGƏR XƏBƏRLƏR
- “Avroviziya”da səslənəcək mahnımız yeni versiyada - VİDEO
- Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
- Yenidən qurulan Qarabağdan son GÖRÜNTÜLƏR - VİDEO
- Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO
- Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
- Həyat yoldaşını qəzada itirən Flora Kərimova: "Qızım olmasaydı, həyatla vidalaşardım" - VİDEO
XƏBƏR LENTİ
- “Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi”
- “Avroviziya”da səslənəcək mahnımız yeni versiyada - VİDEO
- Azərbaycan boksçusundan qələbə ilə start
- Türkiyədə 5,6 maqnitudalı zəlzələ oldu - dağıntı var - YENİLƏNİB - FOTO
- Almaniya bu şəhərlərə uçuşları qadağan etdi
- Keniyada helikopter qəzası - baş komandan öldü
- Zurabişvili: “Xarici təsir” qanunu bunun qarşısını almaq üçündür
- Xoşqədəm ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı - "Gördünüzmü?..."
- Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
- “Kicker” “Qarabağ”ın çempionluğundan yazdı
- "Gürcüstan “xarici təsir” qanununu onlardan ilhamlanaraq hazırlayıb"
- Toyda FACİƏ: Gəlinin ürəyi qəfil dayandı
- Yenidən qurulan Qarabağdan son GÖRÜNTÜLƏR - VİDEO
- "Onsuz geyimin gələndə bilinir ki, sən kimsən"
- Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO
- Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
- Ekspert aparıcının düşdüyü qəzanı şərh etdi
- Həyat yoldaşını qəzada itirən Flora Kərimova: "Qızım olmasaydı, həyatla vidalaşardım" - VİDEO
- Bakı-Quba yolunda bildirişsiz dairə təhlükə mənbəyinə çevrilib - VİDEO
- Xalq artistindən SƏRT SÖZLƏR: “Bu sözü eşidəndə utanıram”
- Dubaydakı daşqında belə həyatda qaldı - VİDEO
- "Bığlarımıza görə bizə "Avroviziya"da ad da qoşublar"
- Uraz Kayqılaroğlu bu FOTOlara görə üzr istədi
- "Miss-2024"ün finalçısı itkin düşdü