Maraqlı

Kişilərin evlənəcəkləri qadından istədikləri

16 İyul 2019 20:58
1 Şərh     Baxış: 1 479
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Evliliyə qərar verərkən hər iki cinsin nümayəndələrinin qarşı cinsdə görmək istədiyi müəyyən özəlliklər var.

Milli.Az Axşam.az-a istinadən psixoloq Naciye Tokaçın kişilərin evlənəcəyi qadından gözləntiləri haqda dediklərini təqdim edir.

Dinclik və xoş niyyət

Əgər kişi bir qadınla evlənmək istəyirsə, bunun ən başlıca səbəbi onda tapdığı dinclik və xoş niyyətdir. Bir kişi təzyiq və sorğulanmağı sevmədiyinə görə, ona rahatlıq verən qadınla evlənməyi seçəcək. Önəm verdikləri xoş niyyət isə ondan ibarətdir ki, qəlbi qara olmasın və sevdiyi adama güvənsin.

Müstəqil qərar verə bilməli

Gündəlik həyatında seçimlərini özü edən, müstəqil qərar verən və sərbəst yaşamağı bacaran bir qadın ağıllı qadındır. Kişinin də bir qadında diqqət verdiyi əsas nüanslar baxımlı və ağıllı olmasıdır. Bir kişi həyatına rahatlıq verən qadından artığını istəmir.

Hər iki tərəf üçün eyni dərəcədə vacib olan cinsi həyat kişinin bir qadınla evlənməsi üçün önəmli səbəblərdən biridir. Birlikdə olduğu qadında uyğun seksual istəklərin olması kişilər üçün evləmək qərarının başlıca səbəblərindəndir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.