Maraqlı

Vegeteryanlıq nədir?

20 İyul 2019 20:50
0 Şərh     Baxış: 1 349
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vegeteryanlıq bir növ qidalanmaya olan fərqli baxış tərzidir.Vegeteryanlar heyvanların da canlı insanlar qədər bu dünyada yaşamaq haqqı olduğunu düşünürlər.Onlar heyvan əti yeməməklə onların haqlarının qoruyurlar.Vegeteryanların özləri də qəbul etdikləri qidalardan asılı olaraq müxtəlif qruplara bölünürlər:
* Balıq yeyə bilən vegeteryanlar
Onlar balıq ətini yeyir,amma,toyuq və digər qırmızı ətə sahib olan heyvanların ətlərini yemirlər.
* Qırmızı ət yeməyən vegeteryanlar
Onlar süd,süd məhsulları,balıq və toyuq əti yeyir,amma qoyun və digər iribuynuzlu heyvanların ətlərini yemirlər.
* Yumurta və sud içən vegeteryanlar
Onlar yumurta və südlə qidalanırlar,amma heç bir heyavanın ətini yemirlər.
* Yumurta yeməyən,amma süd içən vegeteryanlar
Onlar heyvanın nəsli kəsilməsin deyə onun yumurtasını və bütün növ heyvan ətini yemirlər,ancaq süd içirlər.
* Yumurta yeyən vegeteryanlar
Onlar yumurta yeyirlər,amma heyvan əti yemir və süd içmirlər.
* Yalnız tərəvəzlə qidalanan vegeteryanlar
Bu cür vegeteryanlar heç bir heyvani qidalardan istifadə etmir,yalnız meyvə və tərəvəzlərlə qidalanırlar.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.