Maraqlı

Ağrıdan dərmansız da qurtulmaq olar?

20 İyul 2019 20:45
0 Şərh     Baxış: 1 000
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bədənimizin istənilən yerində narahatlıq, ağrı yarananda çarə kimi ağrıkəsici dərmanlar ağlımıza gəlir. Çoxlarımız ağrıları aradan qaldırmaq üçün həkim təyinatı olmadan aptekdən aldığımız ağrıkəsiciləri qəbul edirik. Hətta bəzən ağrıları uzun zaman davam etsə belə, həkimə getmədən bunu vərdiş halına çeviririk. Ağrıkəsicilər isə bir çox fəsadlara yol açır, xüsusilə böyrəklərə ziyan vurur. Ona görə də ən çox rast gəlinən ağrıların təbii yollarla aradan qaldırılması yollarını öyrənməyə dəyər.

Milli.Az e-tibb.az-a istinadən təbii yollarla ağrı kəsməyə kömək edən vasitələri təqdim edir.  

Diş ağrısı zamanı buzdan istifadə sınaqdan keçirilən üsul sayılır. Əldən beyinə siqnallar aparan çoxlu sayda sinirlər var. Soyuq buzu əldə saxlamaqla diş ağrısından qurtulmaq olur.

Əlləri soyuq su ilə yumaq da ağrıkəsən metodlardan biri sayılır. Bu, bədəndə qan dövranının artmasına yardım edir və baş ağrısı zamanı daha yaxşı təsirə malikdir.

Baş ağrısını aradan qaldırmaq üçün badam yemək də tövsiyə olunur. Bundan başqa, badam böyrək, sidik yollarında iltihabın aradan qaldıra, böyrək  ağrılarını da yüngülləşdirmək xüsusiyyətinə malikdir.

Çiyələk böyrək, sidik yolları və bağırsaq problemləri zamanı ağrıkəsici sayılır. Bundan başqa, çiyələk diş ətini gücləndirir, diş daşlarının yaranmasını qarşısını alır. Ağız qoxusunun aradan qaldırılması, boğaz ağrıları zamanı faydalıdır.

Acı qırmızı bibər də bir çox şəfaları ilə yanaşı ağrı kəsmək qabiliyyətinə malikdir və qüvvətli ağrıkəsici sayılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.