Maraqlı

“Dəniz şeytanı” insanlardan kömək istədi - VİDEO

14 İyul 2019 15:22
3 Şərh     Baxış: 2 867

Avstraliyada "dəniz şeytanı" kimi tanınan nəhəng skat üzgüçülüklə məşğul olan idmançılara tərəf üzərək onlardan kömək istəyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, baş verənlərin videosunu "NBC News" telekanalı yayımlayıb.  

Heyvanın insanlara yaxınlaşmasına səbəb gözünün üstündə ilişib qalmış balıqçı qarmağı olub. İdmançılardan biri daha əvvəl də bu skatı gördüyünü deyib, amma o heç vaxt onlara bu qədər yaxın üzməyib. Kişi ehtimal edib ki, skat onu tanıyıb və kömək istəyib. Heyvan gözündəki qarmaqdan kor ola və ya infeksiyadan ölə bilərdi.

İdmançının hava ehtiyatı az olmasına baxmayaraq, o bir neçə cəhddən sonra qarmağı balığın gözündən çıxara bilib. Bundan sonra skat, təşəkkür əlaməti olaraq, hələ bir neçə dəqiqə də həyatını xilas edənlərin yanından aralanmayıb.

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    777 · 14 İyul 15:3040

    Skat insandan daha etibarli imis.

    Cavab yaz
  • Anonim
    F.S.D. · 14 İyul 17:1320

    Düzlük, sədaqət, etibarlılıq çox bahalı hədiyyədir, bu hədiyyəni səviyyəsiz insanlardan gözləməyə dəyməz

    Cavab yaz
  • Anonim
    Aze_Boy · 15 İyul 10:0200

    Heqiqi bezi insanlardan daha yaxsidir heyvanlar

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.