Maraqlı

Hər kim möminin qəmini aradan aparar, Allah Qiyamət günü qəlbindəki qəmi aradan aparar

16 İyul 2019 21:15
0 Şərh     Baxış: 798
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həzrət İmam Rza (ə) nəbəvi məktəbinin bir nümayəndəsi kimi insan tərbiyəsində böyük rola malik olmuşdur. Onun bizə qoyub getdiyi nəsihətlər və moizələr hər birimiz üçün insanlıq dərsidir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, hər kim bu nəsihətlərə qulaq veridiqqət edib, əməl edərsə ubudiyyətin yüksək mərtəbələrinə çatmaq şansını artırar.

Bəs İmam (ə) bizə hansı dərsləri vermişdir?

1. Saleh əməl sayəsində Əhli-Beytə (ə) dostluğunu nümayiş etdirmək. İmam Rza (ə) buyurur: "Məbada, yaxşı əmələ söykəndiyiniz üçün Ali-Muhəmmədə (s) dostluğu tərk edəsiniz. Məbada Ali-Muhəmməd (ə) dostluğuna söykəndiyiniz üçün saleh əməli əldən verəsiniz. Çünki bu ikisindən heç biri tənha halda qəbul olmayacaqdır".

2. İmam (ə) buyurur: "Beş sifət vardır ki, hər kimdə olmazsa, dünya və axirətdən bir şeyə çatacağına görə ümid bəsləməyin:

a) O kəsin ki, təbiətində etimad görməyəsiniz.

b) O kəsin ki, fitrətində kərəm tapmayasınız.

c) O kəsin ki, xəlqində mətanət görməyəsiniz.

d) O kəsin ki, nəfsində nəcabət görməyəsiniz.

e) O kəs ki, Allahından qorxmaz".

3. İmam (ə) buyurur: "Əmir və hakim ilə ehtiyatla yoldaşlıq et. Dostunla təvazökarcasına, düşməninlə duaya (səni qoruyacaq) pənah apararaq, insanlarla xoş üzlə rəftar et".

4. İmam (ə) buyurur: "Bir-birinizi görməyə gedin ki, bir-birinizi sevəsiniz. Bir-birinizin əlini sıxın və bir-birinizə qəzəblənməyin".

5. İmam (ə) buyurur: "Vacibatı yerinə yetirdikdən sonra, Allah yanında mömini sevindirməkdən üstün əməl yoxdur".

6. İmam (ə) buyurur: "Hər kim möminin qəmini aradan aparar, Allah Qiyamət günü qəlbindəki qəmi aradan aparar".

7. İmam (ə) buyurur: "Mömin həqiqi mömin deyildir, məgər o halda ki, onda bu 3 sifət olsun:

a) Allahından olan sünnət.

b) Peyğəmbərindən (s) olan sünnət.

c) İmamından (ə) olan sünnət.

Allahından olan sünnət - öz sirrini gizlətməkdir.

Peyğəmbərdən (s) olan sünnət - insanlarla mülayim rəftar etməkdir.

İmamından (ə) olan sünnət - yoxsulluq və pərişanlıq zamanı səbir etməkdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.