Maraqlı

Süni cazibə üzərində araşdırma aparılır

16 İyul 2019 21:55
0 Şərh     Baxış: 763
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Elm insanları, təbii cazibə olmayan mühitlərdə istifadə edilə bilməsi məqsədiylə süni cazibənin yaradılması üzrə araşdırmalar başlayıb.

Bu günə qədər uzaqdan yaxından elmi-fantastik və kosmosla əlaqəsi olan az qala hər yerdə süni cazibə anlayışını eşitdik. Əslində isə cazibə təsirini süni olaraq yaratmaq heç də asan deyil. Kolorado Boulder Universitetinin araşdırmaçıları yeni texnologiya ilə süni cazibəni təcrübədən keçirmək və sınamaq imkanı əldə ediblər.

Qravitasiyadan uzun müddət uzaqda qalmaq, əzələlərdə və sümüklərdə ərimə yaşanmasına səbəb olur. Bu problemin həll edilməsi, uzunmüddətli kosmos səfərləri üçün böyük əhəmiyyət daşıyır. Həll yollarından biri də süni cazibə yaratmaqdır.

Hazırda süni cazibə yaratmaq üsullarının ən məşhuru, insanları nəhəng bir sentrifuqanın ətrafında çevirməkdir. Sürətlə fırlanmaq təbii ki, hamının ürəyini bulandırır. Qaldı ki, insanları aylarla fırlatmaq da çox məntiqli deyil.

Sürətlə fırlandığımız zaman ürək bulanması və başımızın dönməsi çox normal bir haldır. Qulağımızda olan ilbiz adlı organelin içində olan maye, insanların tarazlığını təmin edir. Bu mayenin çalxalanması ya da sovrulması səbəbiylə tarazlığımızı tapmaqda çətinlik çəkə bilərik. Ortaya yıxılma hissi və ürək bulanması çıxır.

Araşdırma qrupu, könüllüləri əvvəl çox yavaş sürətdə, dəqiqədə yalnız bir dövr dönəcək şəkildə fırlatdı. Daha sonra yavaş-yavaş sürətlənməyə başladılar. Son olaraq, iştirakçıların narahat olmadıqları sürət olan 17 dövrəyə çatdılar.

Universitetin alimi doktor Ketrin Bretl, araşdırmanın məqsədinin insanları süni cazibənin o qədər də dəlicə bir şey olmadığına inandırmaq olduğunu söyləyir.

Bu araşdırma ilə kosmos səfərinin mənfi təsirləri azaldılacaq, kosmos səfərləri daha asan hala gələcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.