Maraqlı

İnsan gözünə rəqib 5400 FPS çəkiliş edə bilən kamera - VİDEO

16 İyul 2019 22:55
0 Şərh     Baxış: 1 577
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Elm insanlarının, süni intellektdən istifadə edərək yaratdıqları və iş prinsipi olaraq insan gözünü nümunə götürdükləri "event camera", super sürətli ağır çəkilişlər edə bilir. Hər pikseli ayrı-ayrı işıqlandıra bilən bu kameralar, gələcəkdəki kamera texnologiyası baxımından əhəmiyyət daşıyır.

Araşdırmaçıların inkişaf etdirdiyi və adına "event camera" dedikləri bu yeni kamera növü, davamlı bir məlumat axışı təmin edən və bu məlumat axışı əsnasında da hərəkətləri tutaraq yazan bir quruluşa sahibdir. Bu kameralar çox yüksək bir dinamik aralığı, sıfır hərəkət bulanıqlığı və mikrosaniyələr qədər kiçik gecikmə müddətləri təqdim edir. Bütün bunları edərkən də süni intellektdən faydalanır. Eth Sürix institutunun alimləri hadisə kameralarıyla saniyədə 5.400 kadra qədər super ağır çəkiliş edərək bu kameraların sensorlarının nə qədər yaxşı işlədiyini göstərdilər.

Yeni kameralar, təməldə kadrları tək-tək tutmaq yerinə bir səhnədə iştirak edən işıq dəyişmələrini davamlı bir şəkildə yazır. Bu vəziyyət yalnız məlumat baxımından daha qənaətli deyil, eyni zamanda bir səhnənin statik qisimləri çox yer tutmadığından normal bir kamera kimi kadrlar arasında bir görünüş itkisi meydana gəlmir. Bu, yüksək sürətli fotoşəkil çəkmək və inkişaf etmiş HDR performansı kimi bir çox yenilik təmin edən bir xüsusiyyət olaraq qarşımıza çıxır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.