Maraqlı

Paraşütlə tullanan 10 yaşlı qız rekorda imza atdı - VİDEO

14 İyul 2019 11:35
0 Şərh     Baxış: 1 125

Rusiyanın Yekaterinburq şəhər sakini Karolina Çörnıx paraşütlə tullanan ən gənc ekstremalçı kimi Rusiyanın Rekordlar Kitabına düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 10 yaşlı qız təlimatçı ilə bərabər 2,5 min metr hündürlükdən tullanıb.

"Mənə, ümumiyyətlə, qorxulu deyildi! Üçə qədər sayıb tullanmaq lazım idi, amma biz artıq "iki" deyəndə tullandıq! Mən hətta gülürdüm, bizi kamera çəkirdi. İndi 4000 metrdən tullanmaq istəyirəm", - gənc rekordçu bildirib.

Qızın anası Yelenanın sözlərinə görə, paraşütlə tullanma Karolinan arzusu idi. Ana qeyd edib ki, qızı indi Elbrus zirvəsini (5642 m) fəth etmək istəyir və artıq məşqlərə başlayıb.  

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.