Maraqlı

Bahamda helikopter qəzasında ölən kömür maqnatı kimdir?

16 İyul 2019 08:46
0 Şərh     Baxış: 1 384
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baham adalarında helikopterin qəzaya uğraması nəticəsində həlak olan 7 nəfərin arasında kömür maqnati, amerikalı milyarder Kris Klaynın da olduğu qeyd edilir.

Milli.Az moneta.az-a istinadən bildirir ki, qəza helikopter ABŞ-a uçarkən baş verib. Helikopter səhər saatlarında havaya qalxıb. Qəza ilə bağlı məlumatı Baham adalarının polis nümayəndələri təsdiq edib.

Milyarderin 62 yaşını qeyd etmək ərəfəsində ailəsi ilə birlikdə səfərə çıxdığı bildirilir. Helikopterdən heç kim sağ çıxmayıb. Sudan çıxarılan meyitlər arasında maqnatın ailə üzvlərinin olması təsdiqlənib. Milyarderin meyitini isə dostları tanıyıblar.

K.Klaynın 2000-ci illərin əvvəllərində kömür hasilatı biznesində uğur qazandığı və böyük sərvət topladığı məlumdur. "Forbes" nəşrinin məlumatına görə, onun var-dövləti 1,8 milyard dollar təşkil edir.

Helikopterin hansı səbəbdən qəzaya uğraması isə hələ məlum deyil. Faktla bağlı araşdırma başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.