Maraqlı

Qızıl asteroid tapıldı – Tapıntı Yerin hər bir sakininin milyarder olması üçün kifayətdir

16 İyul 2019 08:41
10 Şərh     Baxış: 4 321
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı ekspertlər platin, dəmir, nikel və qızıldan ibarət asteroid tapdıqlarını açıqlayıblar. Kosmik obyekt "Psixeya 16" adını alıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, adi astronomik müşahidələr nəticəsində ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi İdarəsinin mütəxəssisləri nadir asteroid aşkar ediblər. Asteroidin əsas xüsusiyyəti onun tərkibidir. Asteroidin tərkibində dəmir, platin, nikel və qızıl var. Göy cisminini təhlil edən ekspertlər onun dəyərinin, təxminən, 10 min kvadrillyon dollar olduğunu söyləyiblər. Bundan əlavə, tədqiqatçılar bu asteroidin bütün Yer iqtisadiyyatını darmadağın edə biləcəyinə inanırlar.

Alimlər nə vaxtsa bu asteroidi planetimizin səthinə "endirmək" mümkün olacağına şübhə edirlər. Lakin, əgər bu baş verərsə, Yer üzünün hər bir sakininin milyarder olması üçün kifayətdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.