Maraqlı

Loboda Rusiyanın məşhur festivalında qalmaqal yaratdı

13 İyul 2019 13:04
0 Şərh     Baxış: 2 611
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın Əməkdar artisti Svetlana Loboda Sankt-Peterburq şəhərində keçirilən "Bəyaz gecələr" ("Белые ночи") festivalında qrim otağına görə qalmaqal yaradıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 36 yaşlı sənətçi ona xüsusi olaraq VIP-otaq ayrılmadığına görə səs-küy salıb.

Qeyd olunur ki, müğənnilər qrim otağı az olduğuna görə 2-3 nəfər olaraq bir otaqda vaxt keçirməli olublar. 

Lobodanın özü informasiya ilə bağlı hələ ki, şərh verməyib.

Bu məqamda bildirək ki, "Bəyaz gecələr" Rusiya və Şərqi Avropada ən geniş yayılmış pop-musiqi festivallarından biridir. İlk dəfə 1992-ci ildə keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.