Maraqlı

Hər gün həvəslə edəcəyin 21 şey

13 İyul 2019 21:10
0 Şərh     Baxış: 869

1. Qeybət etmə, qeybətçilərdən uzaq ol və Allahın bu sözünü unutma:

"Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Elə isə Allahın əzabından qorxun və bu çirkin işdən əl çəkin. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir". (Hucurat, 12)

2. Gözlərini harama baxmaqdan qoru.

3. Qul haqqına girmə. Peyğəm­bərimiz bizlərə də belə bir tövsiyə edir: "Üzərində qul haqqı olan ölmədən əvvəl haqqı sahibinə qaytarıb onunla halallaşsın! Çünki axirətdə qızılın, malın dəyəri yoxdur. O gün haqqı qaytarmaq üçün onun savablarından alınıb haqq sahibinə veriləcək, savabları olmasa, haqq sahibinin günahları ona yüklənəcək".

4. Dişlərin üçün misvakdan istifadə et. Həm savab qazan, həm də sağlam ol.

5. Həyat yoldaşına qaşı səbirli və ədəbli ol. Allahın vermiş olduğu bu gözəl hədiyyə və əmanətə sahib çıx.

6. Allahın razılığını qazanmanın yollarını axtar, tənbəl olma, Allah üçün xeyirli əməllər etməyə can at.

7. Hər bir əməlini yalnız Allahın razılığını qazanmaq və savab əldə etmək üçün et.

8. Əsəblərini cilovla, qəzəblənmə. Nəsihət istəyən səhabəyə Peyğəmbərimiz: "qəzəblənmə.." deyə tövsiyyə etmişdir (Buxari). Bununla yanaşı, qəzəblənmiş insana dəstəmaz almağı, ayaq üstədirsə oturmağı, yenə də sakitləşməzsə, uzanmağı tövsiyyə etmişdir (Əbu Davud).

9. Zarafatla belə olsa, yalan danışma.

10. Həsəd və paxıllıq etmə. Milli.az islamevi.az-a istinadən bildirir ki, Peyğəmbərimiz (ona Salam olsun) demişdir: "Həsəddən çəkinin! Çünki həsəd, atəşin odun'u yeyib-bitirdiyi kimi, bütün xeyirləri də yeyib-bitirər". (Əbu Davud)

11. Günah etsən, dərhal arxasından yaxşı bir əməl et və günahından tövbə etməyə qərarlı ol.

12. Valideynlərinə qarşı yaxşı davran, onlara "uf" belə demə. Uca Allah buyurmuşdur:
"Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!" (İsra, 23)

13. Etdiyin yaxşılığı başa qaxma və unut. Günahlarını gizlətdiyin kimi, xeyir əməllərini də gizlət.

14. Pis bir söz eşitsən, önəm vermə, Salam ver və yoluna davam et. Uca Allah demişdir:
"Rəhmanın (Allahın) qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara (xoşagəlməz) bir söz dedikdə: "Salam!"- deyərlər". (Furqan, 63)

15. Çox gülməklə, heç gülməmək arasında orta bir yol tut. Təbəssümlü ol, lakin çox gülərək qəlbinin nurunu söndürmə.

16. "İnşallah" demədən, "bu işi edəcəm" demə. Uca Rəbbimiz buyurmuşdur:
"Ancaq: "Əgər Allah istəsə!" ("inşallah"- de!) Unutduğun zaman Rəbbini yada salıb: "Ola bilsin ki, Rəbbim məni haqqa bundan daha yaxın olan bir yola yönəltsin"- de". (Kəhf, 24)

17. Qəlb qırma. Peyğəmbərimizin, bir müsəlmanın dəyərinin, Kəbədən daha hörmətli olduğu - sözünü unutma (İbn Macə {Fitən, 2} rəvayət etmişdir).

18. İbadətlərinə diqqət et, tənbəllik etmə və unutma ki, Allah səni görür. Uca Allahın: "Mən cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım" (Zariyat, 56) sözlərini unutma..

19. İsrafçılıqdan uzaq ol. Uca Allah öz sevimli bəndələri haqda danışarkən belə buyurmuşdur:
"Onlar (mallarını )xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bunların arasında orta bir yol tutarlar". (Furqan, 67)

20. Sənə Salam verilməsini gözləmədən, ilk Salam verən sən ol.

21. Heç kimə tənə etmə, öz başına gəlməsindən qorx. Peyğəmbərimiz buyurmuşdur: "Kim qardaşına (etmiş olduğu) bir günahdan dolayı tənə etsə, o (tənə edən), həmin günahı işləmədən ölməz". (Tirmizi)

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.